22 aprel 2011 15:17
Rumıniya mətbuatı Rednikin çempionluq şansını dəyərləndirdi
Rumıniya mətbuatı həmyerliləri Mirça Rednikin çalışdırdığı “Xəzər Lənkəran”ın Azərbaycan çempionu olmaq şanslarını qiymətləndirib. Azerisport.az xəbər verir ki, rumınlar həmyerlilərinin qızıl medal qazanmasını elə də real hesab etmirlər:
“Premyer Liqanın son 5 turunda Mirça Rednikin, eləcə də onun 11 rumın futbolçusunun Azərbaycanda qızıl medallara sahib çıxmaq şansı çox azdı. Amma hər halda yox da deyil”.
