22 aprel 2011 15:37
Rövnəq Abdullayev: Yığmanı cəzalandırmayacağıq
AFFA prezidenti Rövnəq Abdullayev gənclərdən ibarət Azərbaycan yığmasının (U-21) İspaniyada keçirilən turnir çərçivəsində Rusiyadan olan həmyaşıdlarına biabırçı yenilgisinə (0:8) münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, futbol təsərrüfatımızın rəhbəri yığma üzvlərinin bu yenilgiyə görə cəzalandırılmayacağını dilə gətirib:
“Futbolda hər şey olur. U-21 Portuqaliyaya səfərdə qalib gəlmişdi. İndi isə Rusiyaya belə məğlub oldular. Buna görə onları cəzalandırmayacağıq. Başlıcası odu ki, onlar bu yenilgiyə görə ruhdan düşməyib, öz üzərlərində işləsinlər, futbol oynasınlar. Aşağı yaş qrupları üzrə yığmalarımızın uğurları bizi çox sevindirir”.
