22 aprel 2011 16:24
Bakı Neftçi ilə oyuna itkilərlə hazırlaşır
Azərbaycan Premyer Liqasının aprel ayının 23-də keçiriləcək olan “Neftçi” ilə oyununa hazırlaşan “Bakı” məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, dünən və bu gün baş tutan səhər məşqləri topla çalışmalar üzərində qurulub, yüngül qaçışla yekunlaşıb.
Zədəsi tam bərpa olunmayan Rafael Əmirbəyov və Nicat Abdullayev həkim nəzarətində çalışlblar. Zədəli Ernad Skuliç və milli komandaların düşərgəsində olan 4 futbolçu məşqdə iştirak etməyib. Xatırladaq ki, Cəmşid Məhərrəmov və Vaqif Cavadov Azərbaycan milli komandasının, Nurlan Novruzov və Rəhman Hacıyev isə 19 yaşlılardan ibarət milli komandanın düşərgəsindədilər.
“Zolaqlılar” bu gün 2 məşq keçirməyi planlaşdırır.
