22 aprel 2011 16:41
Nasimovla Rodriqinyo Bakı`ya qarşı oynaya biləcək
Premyer Liqanın lideri “Neftçi” 28-ci turun “Bakı” ilə oyununa hazırlıqları yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, son hazırlıq prosesində komandanın özbəkistanlı hücumçusu Bahodir Nasimovla braziliyalı yarımmüdafiəçi Rodriqinyo da iştirak edib.
Qeyd edək ki, bu iki futbolçu son turun AZAL ilə ev oyununda iştirak edə bilməmişdi. Lakin artıq zədələrini sağaldan legionerlərin hər ikisinin “zolaqlılar”la dueldə oynamağa hazır olduğu bildirilir. Bunun üçün isə sadəcə baş məşqçi Arif Əsədovun onlara şans verməsi lazımdı.
