22 aprel 2011 17:18

Kazbek Tuayev: Oyun keyfiyyətinə görə hətta Neftçi`ni də üstələyir

Azərbaycan Premyer Liqasının 2010-2011 mövsümü artıq sona çatmaq üzrədi. Təsadüfi deyil ki, artıq növbəti turda yeni çempionun kimliyi dəqiqləşə bilər. Məhz bununla əlaqədar olaraq AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytının suallarını cavablandırıb.
 
“Neftçi” sorğu-sualsız çempiondu. Belə fərqi aradan qaldırmağa heç bir komandanın gücü çatmaz. Həm də bunu ona görə əminliklə demək olar ki, bakılılar özləri də qalan turlarda bu üstünlüyü əldən verənə oxşamırlar. Bu, sadəcə mümkünsüzdü. Eyni zamanda mən çempionluğu normal qarşılayıram. “Neftçi”nin çempion olması çox şey deməkdi. Üstəlik, bu uğurun yerli mütəxəssis tərəfindən qazanılması ikiqat xoşdu”.
 
“Neftçi”nin sabiq yarımmüdafiəçisi komandasının hazırkı uğurlarında pay sahiblərindən olan Flavinyonun çıxışını və onun millimizə çağırılmasının nə dərəcədə vacib olmasını da qiymətləndirib: “Flavinyo Azərbaycanda çıxış edən ən yaxşı legionerdən biridi. Onun oyununa baxmaq çox böyük zövq verir. Lakin bu, heç də o demək deyil ki, braziliyalını mütləq yığmamıza dəvət etmək lazımdı. Bəsdir hər dəfə kimisə milliləşdirdik. Yığmada o da heç nə edə bilməyəcək”.
 
Tuayev həmçinin paytaxt klubunun ən sərrast hücumçusu Bahodir Nasimovun hazırkı durumuna da münasibətini açıqlayıb: “O, artıq 3 aydı qol vura bilmir. Onunla fərdi söhbətlər etmək lazımdı. Ola bilsin ki, özbək oyunçunun nəsə problemi var. Əgər o bu qədər qol vurubsa, deməli, bunu bacarır. Qol vura bilmirsə, onda qovmaq lazımdı”.
 
“Neftçi”nin sabiq baş məşqçisi çempionatdakı intriqanın belə erkən heçə enməsini də pisləyib: “Mübarizə demək olar ki, yoxdu və bu, çox mənfi haldı. Mən həmişə “altılığ”ın əleyhinə olmuşam və yenə fikrimdə qalıram. Bu sistem uzun müddət getməyəcək. Dəyişiklik etmək lazımdı. İndiki sistem təmiz idman prinsiplərinə də ziddi. Çünki altıncı yerdə gedən “Bakı”nın 36 xalı var, “Qəbələ”nin isə 42. Belə də şey olar? Çoxları 10 komandadan, 4 dövrədən ibarət çempionat təklif edir. Mən də məhz bu sistemin tərəfdarıyam. Belədə danışılmış oyunlar da az olar”.

Kazbek Tuayev gümüş medallara isə “Qarabağ”ın sahib çıxacağını düşünür: “Mən buna əminəm ki, ikincilik “Qarabağ”a qismət olacaq. Oyun keyfiyyətinə görə onlar hətta “Neftçi”ni də üstələyirlər. Onlar Azərbaycan futbolunun əsas təbliğatçılarıdı. Bu resurslarla onların da çempion olmaq zamanı gəlib çatıb. Amma Mirça Rednik öz həmyerliləri ilə ancaq üçüncü yerə ümid edə bilər”.
 
“İnter”, AZAL və “Bakı”nın medallar uğrunda mübarizədən kənar qalması da hazırkı formatın mənfi cəhətlərindəndi. Bu komandalar ancaq ölkə kubokunda nəyəsə ümid edə bilərlər. Əminəm ki, AZAL bu turnirdə uğur qazana biləcək. Aleksandr Starkovlu “Bakı” bu il nəsə edənə oxşamır. Ümumiyyətlə, onu bura dəvət etməyə nə ehtiyac var idi ki? Arif Əsədovun yerinə olsam, komandamı ilk 10 dəqiqədə oynatmaram. Əminəm ki, “Bakı” hətta həmin vaxt ərzində də qol vura bilməz. Starkovu görürsüzmü, Vaqif Cavadovu oynatmır. Amma yaxşı məşqçi onu elə oynadardı ki”- deyə, Tuayev qeyd edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.