23 aprel 2011 00:06

Yenə Bakı, yenə intriqa gözləntisi

Bu gün Premyer Liqanın 28-ci turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq şənbə və bazar günləri baş tutacaq hesabat turunun ilk oyun gününə 3 matç nəzərdə tutulub.
 
İlk oyun gününə, eyni zamanda hesabat turuna “Muğan” – “Simurq” qarşılaşması ilə start veriləcək. 8-ci pillədə qərarlaşmış Salyan təmsilçisini yarışın autsayderlərindən olan “Simurq”la oyunda favorit saymaq olar. Ev oyunlarında uğurlu nəticələrə imza atan Bəhmən Həsənovun komandası cari mövsümdə Zaqatala təmsilçisinə qarşı keçirdiyi hər üç oyunda qalib gəlib. Son üç oyunda məğlub olmuş “Simurq” Premyer Liqada qalmaq şanslarını qorumaq üçün şənbə günü keçiriləcək oyunda mütləq qələbə qazanmalıdı. Baxmayaraq ki, bu qələbə ilə onların işləri heç də tam qaydasına düşməyəcək.
 
Günün digər iki oyununda isə ilk altılıq komandaları qarşılaşacaq. Premyer Liqanın lideri olan “Netfçi” ölkə kubokunun son qalibi “Bakı”nı qəbul edəcək. Ən yaxın izləyici olan “Xəzər Lənkəran”dan 8 xal irəlidə olan paytaxt təmsilçisi final mərhələsinin ilk dövrəsində “Bakı”nı 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. Azərbaycan kubokunun yarımfinalında da mübarizə aparan “Bakı”nın isə “ilk altılıq”da elə də iddiası qalmayıb. “Zolaqlılar” sadəcə hələ ki, qalib gələ bilmədikləri final mərhələsindəki uğursuzluğa son qoymağa çalışmalıdı. Düzdü, Aleksandr Starkovun komandası bunu bacaracaq dərəcədə baxımlı, inamlı oyun sərgiləmir. Amma ən azı istək və “ağ-qaralar”ın yaranan fərq nəticəsində arxayınlığı buna şərait yarada bilər. Əks halda “Neftçi” əsas izləyiciləri üçün tamamilə əlçatmaz da ola bilər.
 
Günün son oyununda isə AZAL Lənkəranda liderin əsas izləyicisi olan yerli “Xəzər Lənkəran” komandasının qonağı olacaq. İlk altılıqda fərqli çıxış edən komandalardan AZAL 5 oyunda 3 qələbə qazanıb və iki dəfə məğlub olub. “Xəzər Lənkəran” isə 4 dəfə meydanı heç-heçə ilə tərk edib, yeganə məğlubiyyətini isə məhz AZAL-dan alıb. Qeyd edək ki, cəzalı durumda olan Zohair Benouahi və Elvin Əliyev “Xəzər Lənkəran”la oyunda komandalarına kömək edə bilməyəcəklər. Şənbə günü keçiriləcək oyunun hər iki komanda üçün əhəmiyyətini nəzərə alsaq, maraqlı idman mübarizəsində keçəcəyini proqnozlaşdırmaq olar. XL çempionluq şanslarını saxlamaq üçün mütləq qələbə qazanmağa borcludu. Belədə onlar “Bakı”nın paytaxt derbisindəki qələbəsini də az arzulamayacaq.
 
Yeri gəlmişkən, ötən mövsüm məhz “Bakı”nın sayəsində çempionluğun taleyi məhz son tura kimi davam etmişdi və onlar XL-ı qızıl medallardan etmişdi. Bu il isə cənublular paytaxt klubundan eyni dürüstlüyü gözləyir. Bakılıların nə dərəcədə təmiz oynadığını isə hər halda derbini izləməklə bilmiş olacağıq. Hər halda intriqanın tam ölməsini istəməyənlər məhz bu komandanın qələbəsini çox arzulayırlar. Təbii ki, başda XL və “Qarabağ” azarkeşləri olmaq şərtilə.
 
28-ci tura bazar günü keçiriləcək 3 oyunla yekun vurulacaq. İkinci altılıqda lider olan “Qəbələ” son pillədə qərarlaşmış MOİK-i qəbul edəcək. “Hərbçilər” bu oyunda qalib gələ bilməyəcəkləri təqdirdə növbəti mövsümdə yenidən birinci divizionda mübarizə aparacaqları tam rəsmiləşəcək. Qeyd edək ki, cari mövsümdə komandalar arasında keçirilən üç qarşılaşmanın yalnız birində əyalət təmsilçisi qalib gəlib. Digər iki qarşılaşma isə heç-heçə ilə başa çatıb.
 
Daha bir qarşılaşma isə Gəncə şəhərində baş tutacaq. Yerli “Gəncə” və Tovuzun “Turan” klublarının qarşılaşmasını “qərb derbi”si kimi də dəyərləndirmək olar. Bu komandalar arasında keçirilən qarşılaşmaların hər zaman maraqlı və baxımlı olduğunu qeyd etmək lazımdır. Cari mövsümdə komandalar arasında baş tutan 3 qarşılaşmada üstünlük “Turan”ın tərəfindədi – 2 qələbə, 1 heç-heçə.
 
Günün son oyununda isə “Qarabağ” son çempion “İnter” klubunu qəbul edəcək. Son 5 oyunda yalnız 3 heç-heçə edən “İnter”i həm də kubokun yarımfinalında mübarizə apardığını qeyd etmək lazımdı. Fevral və mart aylarında uğurlu çıxış edərək ikinci pilləyədək yüksələ bilmiş Ağdam təmsilçisi isə son 3 oyunda cəmi 2 xal toplayaraq üçüncü pillədə qərarlaşması onların mütləq qələbə qazanmasını şərtləndirir. Hansı ki, cari mövsümdə keçirilmiş 3 oyunda üstünlük “Qarabağ”ın tərəfindədi. “İnter”ə bir dəfə məğlub olan Ağdam klubu digər iki görüşdə meydanı qalib tərk edib.
 
Premyer Liqa
28-ci tur
23 aprel (şənbə)
 
Muğan - Simurq
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. "Şəfa" stadionu. Saat 14:00.
 
Neftçi - Bakı
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
 
Xəzər Lənkəran - AZAL
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Səfər Haşımov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 18:30.
 
24 aprel (bazar)
 
Qəbələ - MOİK
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Rüfət Hüseynov.
Qəbələ. Şəhər stadionu. Saat 16:00.
 
Gəncə - Turan
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
Gəncə. Şəhər stadionu. Saat 16:00.
 
Qarabağ - İnter
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asif Namazov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:30.
 
1
Neftçi
27
17
8
2
47-12
59
2
Xəzər Lənkəran
27
14
9
4
30-15
51
3
Qarabağ
27
15
5
7
33-16
50
4
AZAL
27
12
9
6
31-19
45
5
İnter
27
12
7
8
27-22
43
6
Bakı
27
9
9
9
29-24
36
 
1
Qəbələ
27
11
9
7
28-17
42
2
Muğan
27
9
8
10
21-28
35
3
Gəncə
27
6
11
10
27-31
29
4
Turan
27
6
6
15
21-39
24
5
Simurq
27
3
6
18
15-43
15
6
MOİK
27
2
5
20
9-52
11
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Deon Barton (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.