22 aprel 2011 11:33

“O, özü də bilir ki, Azərbaycan heç də asan rəqib deyil”

AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Qazaxıstan yığmasının hücumçusu Samat Smakov azerisport.az saytının suallarını cavablandırıb.
 
- Yenidən Qazaxıstan yığmasında qayıtdığınızı demək olar?
- Məni Belarusla yoldaşlıq oyununa dəvət etmişdilər. Ümumiyyətlə yığmada çox şey dəyişib. Yeni baş məşqçi ancaq ən yaxşıları yığır və güclü komanda yaratmaq istəyir. Görünür ki, o, uğur qazanmaq istəyir. Təəssüf ki, mən Almaniyaya qarşı oynaya bilmədim. Zədəm var idi. Bu günlərdə sağalmışam. Yəqin ki, iyunda baş tutacaq seçmə oyunlarda forma geyə biləcəm. Bunu çox istəyirəm.
 
- Niyə sabiq baş məşqçinin rəhbərliyi altında çıxış etmirdiz?
- Onunla aramızda fikir ayrılığı var idi. Başqa da bir neçə futbolçu var idi ki, o, şans vermək istəmirdi. Mənə elə gəlir ki, o, başqalarının fikirlərini eşitməyi sevmirdi. Miroslav Beranekin qarşısına isə konkret vəzifə qoyulub.
 
- Bu da ondan ibarətdi ki, Azərbaycan yığmasını qabaqlamaq lazımdı, eləmi?
- Bizim yığmamızın qarşısına qoyulan vəzifələrdən biri qarşıdakı oyunda ilk qolumuzu vurmaq və xallar qazanmaqdı. Biz indiyə qədərki oyunlarda heç nəyə nail ola bilməmişik. Amma sizin yığma ilə qarşılaşmada mümkün qədər yaxşı oynamalıyıq.

- Hazırda Azərbaycan millisi sizdə necə təəssürat yaradır?
- Sizin komandanı çox yaxşı tanıyırıq. Azərbaycan millisi son vaxtlar inkişaf edib. Bunu elə Türkiyə üzərindəki qələbəniz də sübut etdi. Buna görə də bizə Astanada nə qədər çətin olacaqsa, Bakıda ikiqat çətinliklə üzləşəcəyik.

- Azərbaycan yığmasından kimisə xatırlayırsız?
- Bəli. Vaqif Cavadov hələ də yığmada oynayır?
 
- Bəli, o, “Twente”dən vətənə qayıdıb...
- O, Hollandiyaya gedəndə çox yazıldı. Həmçinin Yunisoğlu var. Biz onunla Moskvada keçirilən o vaxtkı “Birlik Kuboku”nda da qarşılaşmışdıq. Yaxşı müdafiəçidi.
 
- Yığmanızın digər hücumçusu Ulan Konısbayevin öncədən yığmamızı “dağıdacağınıza” dair iddialı açıqlamaları yayılsa da, sonradan iddia etdi ki, o, belə sözlər deməyib...
- Düzdü. Hətta mən onunla bu barədə ciddi söhbət etməyə hazırlaşırdım. O, perspektivli futbolçularımızdandı. Mən heç onun elə sözlər işlətməsinə inanmırdım. Axı o, özü də bilir ki, Azərbaycan heç də asan rəqib deyil. Onun özünün isə bu görüşdə iştirakı sual altındadı.
 
- Qazaxıstan yığmasında nə kimi dəyişikliklər gözlənilir?
- Yeni baş məşqçi çempionatın bütün oyunlarını izləyir və gənc futbolçuları qeyd edir. Beranek tamamilə yeni komanda qurmağa çalışır. Amma eyni zamanda təcrübəli futbolçuların da hamısını unurmur.
 
- Qorxmursuz ki, siz də bu prosesdən kənarda qala bilərsiz?
- Hər şey baş məşqçidən asılıdı. Mənim işim oynamaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.