22 aprel 2011 11:58
İspaniyalı məşqçi serblərin millimizə Bakıda 6 qol vurmasından danışdı
Serbiya yığmasının sabiq baş məşqçisi Xavyer Klemente AÇ-2008-in seçmə mərhələsi çərçivəsində Azərbaycan üzərində qazandıqları qələbəni xatırlayıb. Azerisport.az xəbər verir ki, o, həmin qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz o dövrdə istəyimizə çatmağa çox yaxın idik. Lakin Serbiya futbolunun markaya çevrilmiş futbolçuları özlərinə çox arxayın idilər. Onlar Azərbaycanla səfər matçında (1:6) özlərini elə aparırdılar ki, sanki gəzintiyə çıxıblar. Məhz bu arxayınlıq səbəbindən Belçika ilə Brüsseldəki oyuna hazır deyildik və nəticədə də uğursuzluq yaşadıq”.
