22 aprel 2011 12:08
Neftçi`nin sabiq baş məşqçisi Vyetnam millisində
“Neftçi”nin sabiq baş məşqçisi Hans-Yurgen Gede Vyetnam yığmasını çalışdıra bilər. Azerisport.az xəbər verir ki, hazırda yeni baş məşqçi axtarışlarında olan sözügedən ölkənin futbol federasiyası üçün namizədlərdən biri də vaxtilə ölkəmizdə çalışan almaniyalı mütəxəssisdi.
Maraqlıdı ki, Gede Vyetnam millisini çalışdırmağa namizəd 13 mütəxəssisdən biri hesab olunur və onun bu rəqabətdən nə dərəcədə qalib ayrılacağı maraqla gözlənilir. Xatırladaq ki, Gede həm Azərbaycan millisində köməkçi məşqçi, həm də “Neftçi”də baş məşqçi kimi çalışıb.
