22 aprel 2011 12:22
AFFA prezidenti azarkeşlərlə bağlı problemdən şikayətləndi
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan futbolunun səviyyəsini qiymətləndirib. Azerisport.az xəbər verir ki, o, Premyer Liqanın və futbolumuzun hazırkı səviyyəsi ilə bağlı açıqlamasında bunları dilə gətirib:
“Son iki ildə çempionat “altılıq” sistemi ilə keçirilir. Hesab edirəm ki, məhz bu sistem bizə bir çox maraqlı oyunlara şahid olmaq imkanı qazandırır. Çempionatda rəqabət artıb. Amma əsas problem hələ də qalmaqdadı ki, bu da azarkeş çatışmazlığıdı. Hələlik Premyer Liqamızın oyunlarına çox az sayda azarkeş gəlir. Bu, bizi çox narahat edir”.
