22 aprel 2011 12:31
Azərbaycan millisi beynəlxalq turnirə dəvət olundu
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək OBSL 2011 «Spring» beynəlxalq turnirində iştirak edəcək. Azerisport.az xəbər verir ki, sözügedən turnirdə hansı komandaların iştirak edəcəyi dəqiqləşməsə də, oyunlar aprelin 25-dən mayın 4-dək davam edəcək.
Artıq millinin bu turnirə aparılacaq heyəti də açıqlanıb. Dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Emin Kürdov
Vaqif Şirinbəyov
Elnur Əhmədov
Ruslan Rahmatulin
Namiq İsgəndərov
Elvin Quliyev
Orxan Məmmədov
Ramil Əliyev
Əbdül Əliyev
Elşən Hüseynov
Ramin Tanrıverdiyev
Namiq Həsənov
Əli Hüseynov
Ümid Hüseynov
Nahid Mehrəliyev
