23 aprel 2011 00:04
Millimiz İtaliyada yenə məğlub oldu (YENİLƏNİB)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız Özbəkistanın “Bunyodkor” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş özbəklərin qələbəsi ilə başa çatıb - 1:3. Komandamızın yeganə qoluna Ruslan Tağızadə imza atıb.
Maraq üçün xatırladaq ki, Vəli Qasımovun yetirmələri İtaliya turnesi çərçivəsindəki ilk oyunda İspaniyanın “Barcelona” klubuna 2:4, İtaliyanın “Napoli” klubuna 1:3, “Palermo”ya isə 0:1 hesabıyla yenilmişdi.
