23 aprel 2011 12:56

Qəbələ`nin futbolçuları dünya yığmasının heyətində!

Bu gün Bakı vaxtı ilə saat 16:00-da “Qəbələ”nin iki futbolçusu Türkiyənin NTV Spor telekanalının efirində canlı yayımda olacaqlar. Azerisport.az xəbər verir ki, söhbət “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandasının üzvləri Fərid Əsədli və Bəhlul Mustafazadədən gedir.
 
Türkiyənin Kuşadası şəhərində “II Vodafone Beynəlxalq Turniri”ndə iştirak edən “Qəbələ” dünən 1/4 finalda İngiltərənin “Southempton” klubuna 0:1 hesabı ilə uduzaraq mükafatçılar sırasına düşmək şansını itirsə də, komandamızın iki üzvü turnir təşkilatçılarının diqqətinin xüsusilə cəlb ediblər. Belə ki, turnir çərçivəsində Türkiyə klubları və xarici klubların ən yaxşı oyunçularından qurulmuş yerli və dünya yığmalarının qarşılaşmasına dəvət olunanlar arasında həmyerlilərimiz də var. Hücumçu Fərid Əsədli (qeyd edək ki, Fəridin digər iştirakçılardan fərqli olaraq, 14 yox, 13 yaşı var) vurduğu qollarla, stopper Bəhlul Mustafazadə isə müdafiənin mərkəzində göstərdiyi inamlı oyunla xoş təəssürat oyadaraq dünya yığmasının heyətinə daxil ediliblər. Matç Türkiyənin NTV Spor telekanalı ilə Bakı vaxtı ilə saat 16:00-dan etibarən canlı yayımlanacaq.
 
Bu arada qeyd edək ki, turnir çərçivəsində çox maraqlı seminar keçirilib. Seminarda Türkiyə Futbol Federasiyasının Futbol Şöbə direktoru Ərsun Yanal, onun müavinləri Cezmi Turan, Tevfik Eroğlu, eləcə də, İngiltərənin “Chelsea”, “Southempton” və Hollandiyanın “PSV Eydhoven” klublarının akademiya nümayəndələri çıxış ediblər. “Qəbələ”ni seminarda Futbol Akademiyasının direktor müavini Nail Kərimov, məşqçilər Rəcəp Yazıcı, Sərdar Qafarov və Teymur Musayev təmsil ediblər. İki günü əhatə edən seminarda əcnəbi klublar akademiyalarının strukturu, iş mexanizmi, TFF rəhbərliyi isə Türkiyədə mövcud akademiya liqaları, onların qurulma tarixləri və hazırkı vəziyyəti haqqında ətraflı məlumat verib, eləcə də, yeniyetmə futbolçunun yetişmə prosesi haqqında öz fikirlərini bölüşüblər. Klubumuzun əməkdaşları ilə şəxsi görüş zamanı Cezmi Turana Azərbaycan futbolu barəsində ətraflı məlumat verilib və TFF nümayəndəsi ölkəmizi ziyarət etməkdə və futbolumuz haqqında məlumat almaqda maraqlı olduğunu bildirib. Eyni zamanda dünyanın ən güclü futbol akademiyalarından birinə sahib olan PSV klubunun təmsilçiləri ilə fikir mübadiləsi aparılıb və qarşıdakı illərdə əməkdaşlıq etməyin mümkünlüyü barədə razılıq əldə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.