23 aprel 2011 00:55
Vəli Qasımov: Kobud səhvlər buraxdıq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Özbəkistanın “Bunyodkor” klubunun müvafiq yaş qrupundan ibarət komandası arasında keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, millimizin çalışdırıcısı AFFA-nın rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Komandada yorğunluq hiss olunurdu. Məğlubiyyətə əsas səbəb təcrübəsizlik oldu. Rəqib bu baxımdan bizi üstələyirdi. Kobud səhvlər buraxdıq. Bu çatışmazlıqları aradan qaldırmalıyıq”.
