23 aprel 2011 01:14
Starkov Neftçi ilə oyun öncəsi futbolçularına qadağa qoydu
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın lideri “Neftçi” ilə oyun öncəsi futbolçularının mətbuatla ünsiyyətini yasaqlayıb. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssis komandasının üzvlərinin paytaxt derbisinə kimi jurnalistlərlə danışmamasını tələb edib.
Çox güman ki, bununla o, həm final mərhələsindəki qələbəsiz seriyaya son qoymaq, həm də çempionatın liderinə qalib gəlməklə, ən azı “Bakı”nın imicini qorumaq məqsədi güdür. Lakin bu gün baş tutacaq paytaxt derbisində “zolaqlılar”ın buna nə dərəcədə nail olacağını tezliklə biləcəyik. Starkovun qoyduğu qadağa da məhz bu qarşılaşmadan sonra aradan qaldırılmış olacaq.
