23 aprel 2011 13:16
Azərbaycan Premyer Liqasında görünməmiş olay
Azərbaycan Premyer Liqasının 28-ci turunun açılış oyununun hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, "Muğan" - "Simurq" qarşılaşması üçün açıqlanan təyinatlar həm də bir ilkin gerçəkləşməsinə gətirib çıxaracaq.
Məsələ burasındadı ki, Hakimlər Komitəsi ilk dəfə Premyer Liqa qarşılaşmasını qadın referiyə tapşırıb. Səbayel Qurbanovanın idarə etdiyi qarşılaşmada Əfqan Həmzəyev ehtiyat hakim funksiyasını yerinə yetirəcək. Digər oyunlara təyinatlar isə hələlik açıqlanmır.
Premyer Liqa
28-ci tur
23 aprel
Muğan - Simurq
Hakimlər: Səbayel Qurbanova, Aleksandr Musatkin, İlham Əliyev, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. "Şəfa" stadionu. Saat 14:00.
