23 aprel 2011 01:06

Jaba: Bu oyunda məğlubiyyət mövsümün sonu deməkdi

“Bakı”nın braziliyalı hücumçusu Jaba “Neftçi” ilə səfər oyunu, rəqibin çempionluq şansları, komandasının hazırkı durumu və “Xəzər Lənkəran”la kubok oyunu barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
 
“Neftçi” ilə oyuna yaxşı hazırlaşmışıq. Bu hazırlıq eyni zamanda “Xəzər Lənkəran”la keçiriləcək vacib oyuna da aiddi. “Neftçi” yaxşı komandadı və çempionatın  vahid lideridi. Sabahkı (bugünkü – red.) rəqib çempionluğunu rəsmiləşdirmək üçün yalnız qələbəyə oynayacaq. Premyer Liqada  iddamız qalmasa da, hər oyun olduğu kimi bu oyuna da yalnız qələbə üçün çıxacayıq.
 
“Xəzər Lənkəran”la kubok oyunu bizim üçün olduqca vacib bir oyundu. Kubok oyununda qələbə qazanmaq əsas məqsəddi. Çünki, bu oyunda məğlubiyyət mövsümün sonu deməkdi. Ona görə sonacan vuruşub, qələbə qazanmaq lazımdı. Necə ki keçən il bunu etmişdik.
 
Komanda hər oyuna ürəklə, qələbə ruhu ilə çıxmalıdı. Bu belə olmasa, növbəti oyunlarda da məğlubiyyətdən qaça bilməyəcəyik. Heyətdə dəyişikliklər yer alsa da, bu il “Bakı” çox güclüdü.
Sadəcə komandada qələbə ruhu çatmır.
 
Sonda “Bakı” azarkeşlərinə bildirmək istəyirəm ki, son vaxtlar uğursuz çıxış etməyimizə baxmayaraq, onlardan sonadək dəstək gözləyirik”. (klubun rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.