23 aprel 2011 20:22

XL AZAL-ı 3 qolla, Neftçi Bakı`nı itkisiz keçdi (YENİLƏNİB)

Bu gün Premyer Liqanın 28-ci turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq şənbə və bazar günləri baş tutan hesabat turunun ilk oyun gününə 3 matç nəzərdə tutulub.
 
Turun açılış matçında ikinci altılıq komandalarından “Muğan” “Simurq”u qəbul edib və asan qələbəyə sevinib. Günün digər iki oyununda isə ilk altılıq komandaları qarşılaşıb. Premyer Liqanın lideri olan “Neftçi” ölkə kubokunun son qalibi “Bakı”nı qəbul edib və 2 cavabsız qolla qələbə qazanıb. AZAL isə Lənkəranda liderin əsas izləyicisi olan yerli “Xəzər Lənkəran”ın qonağı olub və darmadağından yaxa qurtara bilməyib.
 
Premyer Liqa
28-ci tur
23 aprel
 
XƏZƏR LƏNKƏRAN - AZAL - 3:0 (0:0) 
Qol: Emeka Opara, 66 (1:0), Uinston Parks, 82 (2:0), Elnur Abdullayev, 84 (3:0).
Lənkəran. Şəhər mərkəzi stadionu.
 
Oyun başladı
Meydan sahibləri daha fəal başlayıb
AZAL-ın qapısı önündə təhlükə. Vobayın zərbəsi azca yan keçir
Qonaqların oyunçusu Krastovçevin zərbəsində azca dəqiqlik çatışmır
Stelian Stanku fərqlənmək şansını qaçırır
Hazırda Lənkəranda güclü yağış yağır və bu, oyunun gedişinə də təsirsiz ötüşmür
Vüsal Qarayev AZAL-da sarı vərəqə alan ilk futbolçu olur
Parksın fərqlənmək imkanı olsa da, qapıya istədiyi kimi zərbə vura bilmir
İlk yarı başa çatır
İkinci hissə başladı
Parks fərdi ustalığı sayəsində cərimə meydançasına kimi irəliləsə də, ona son nöqtəni qoymağa imkan vermirlər
Meydana yenicə daxil olan Emeka Opara nəhayət ki, cənubluları hesabda önə keçirir - 1:0
Opara daha bir qol vurmağa yaxın olsa da, zərbəsində azacıq dəqiqlik çatışmır
Parks hesab arasındakı fərqi artırır - 2:0
Elnur Abdullayev AZAL-ı 3-cü dəfə mərkəzə dəvət edir - 3:0
Oyun başa çatdı
 
NEFTÇİ - BAKI - 2:0 (1:0)
Qollar: Flavinyo, 19 (1:0), Flavinyo, 54-pen (2:0).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
1. Cəmşid Məhərrəmov oyun başlayan kimi sarı vərəqə alır
2. Flavinyo ciddi zədələnsə də, meydana dönür
8. Rəşad Abdullayev hesabı açmağa yaxın olsa da, bu şansdan yararlana bilmir
10. Aleksandr Şoliçin cərimə zərbəsini Rauf Mehdiyev tutur
17. Cəmşid Məhərrəmov kobud səhvə yol verir. Onun geriyə qeyri-dəqiq ötürməsini son anda qapışı Marko Şarliya irəli çıxaraq uzaqlaşdırır və rəqib oyunçunun fərqlənməsinə imkan vermir
18. Flavinyoya qarşı qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsini Mpenza vursa da, qapıçı çətinliklə də olsa, topu qaytara bilir
19. Hücumun davamında Mpenzanın başla ötürməsini Flavinyo boş qapıya göndərərək hesabı açır - 1:0 
21. Flavinyo sürətlə cərimə meydançasına daxil olsa da, Karqbo onu yıxır. Lakin hakim penalti olmadığını işarə edir
22. Jaba sarı vərəqə alır
"Neftçi" daha düşünülmüş hücumlar təşkil etdiyi halda, qonaqların hücumları dağınıqdı və heç bir təhlükəyə səbəb olmur
34. "Bakı"nın künc zərbəsi zamanı Rauf Mehdiyevin çıxışda yol verdiyi səhv az qala hesabın açılmasıyla nəticələnəcəkdi. Lakin son anda qonaqlar bu şansdan yararlana bilmirlər
42. Jabanın cərimə zərbəsi qeyri-dəqiq olur
Sönük keçən ilk yarı başa çatır
İkinci hissə başladı
53. Şarliyanın cərimə meydançasında Rodriqinyoya qarşı kobudluq etdiyini bildirən hakim penalti təyin edir
54. Şarliya sarı vərəqə alır
54. Flavinyo bu şansdan maksimum yararlanaraq özünün və komandasının ikinci qolunu vurur - 2:0
58. Bəxtiyar Soltanovu Fabio Luis Ramim əvəzləyir
59. Boretsi Leviqa əvəzləyir
60. Şarliya komandasını üçüncü qoldan xilas edir
65. Şoliçi Leonardo Roşa əvəzləyir
66. Rail Məlikovu Ruslan Əmircanov əvəzləyir
67. Roşa sarı vərəqə alır
69. Jabanın cərimə zərbəsi təhlükəli alınsa da, qolla nəticələnmir
71. Flavinyonu Cavid Hüseynov əvəzləyir
77. Ruslan Abışovu Yasin Hima əvəzləyir
78. Şarliya komandasını 100 faizlik qoldan xilas edir
80. Ramimin zərbəsində azca dəqiqlik çatışmır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Oyun başa çatdı
 
MUĞAN - SİMURQ - 3:0 (1:0)
Qollar: Con Pelu, 45 (1:0), Con Pelu, 50 (2:0), R.Klaudiney, 53 (3:0).
Bakı. "Şəfa" stadionu.
 
Oyun başladı
3. Samir Əliyev qonaqları hesabda önə keçirməyə yaxın olsa da, zərbəsi dəqiq alınmır
6. Sergey Çernışevin zərbəsi zamanı meydan sahiblərinin qola sevinməsinə azca qeyri-dəqiqlik mane olur
11. Tagim Novruzovun da zərbəsi qapıdan azva yan keçir
16. Reys Klaudineyin zərbəsini qonaqların qapıçısı Adnan Hodziç zərərsizləşdirir
Meydan sahibləri artıq oyuna nəzarəti ələ alıb
19. "Simurq"da erkən əvəzləmə. Əzələsini dartan Samir Əliyevi Tofiq Mikayılov əvəzləyir
23. Ramin Nəsibovun zərbəsi zamanı "Muğan"ı qapı dirəyi qoldan xilas edir
Zaqatala təmsilçisi oyunda fəallığı ələ alsa da, qapılar qarşısında real qol təhlükəsi yaranmır
37. "Simurq"un daha bir təhlükəli hücumu zamanı meydan sahiblərinin bəxti gətirir
39. Meydan sahiblərinin cavabı Çernışevlə gəlir. Onun zərbəsini son anda Adnan Hodziç zərərsizləşdirir
45. Con Pelu rəqib müdafiəçilərin kobud səhvindən yararlanaraq, hesabı açır - 1:0
Əsas vaxta 1 dəqiqə əlavə olunur
İlk yarı başa çatdı
İkinci hissə başladı
46. "Simurq"un heyətində daha bir əvəzləmə. Rüstəm Məmmədovun əvəzində meydana Qafar Qafarov daxil oldu
50. Pelu özünün və komandasının ikinci qoluna imza atır - 2:0
52. Bu görüşün baş hakimi təyin olunmaqla Azərbaycan futbolunun tarixinə düşən Səbayel Qurbanova Reys Klaudineyə sarı vərəqə göstərir
53. Reys Klaudiney qapı qarşısındakı qarışıqlıqdan maksimum yararlanıb 3-cü qolu vurur - 3:0
57. "Simurq"da son əvəzetmə: Ramin Nəsibovu Elvin Musazadə əvəzləyir
59. Klaudineyi Zaur Əsədov əvəzləyir
60. Qonaqların təhlükəli hücumunun qarşısını son anda Amil Ağacanov alır
66. A.Hodziç komandasını 4-cü qoldan xilas edir
68. Ağacanov da komandasını real qoldan xilas edir
70. Con Pelunu Ceyhun Abdullayev əvəzləyir
71. Anar Həsənli də sarı vərəqə alır
78. Çernışevi Nəriman Həsənov əvəzləyir
86. Əsədovun zərbəsini Hodziç tutur
89. Tagim Novruzovun zərbəsində azca dəqiqlik çatışmır
90+1. Ağacanov qonaqların təsəlli qoluna sevinmək arzusunu gözündə qoyur
Oyun başa çatdı
 
Hesabat turunun digər qarşılaşmaları sabah keçiriləcək: Qəbələ - MOİK, Gəncə - Turan, Qarabağ – İnter.
 
1
Neftçi
28
18
8
2
49-12
62
2
Xəzər Lənkəran
28
15
9
4
33-15
54
3
Qarabağ
27
15
5
7
33-16
50
4
AZAL
28
12
9
7
31-22
45
5
İnter
27
12
7
8
27-22
43
6
Bakı
28
9
9
10
29-26
36
 
1
Qəbələ
27
11
9
7
28-17
42
2
Muğan
28
10
8
10
24-28
38
3
Gəncə
27
6
11
10
27-31
29
4
Turan
27
6
6
15
21-39
24
5
Simurq
28
3
6
19
15-46
15
6
MOİK
27
2
5
20
9-52
11
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Deon Barton (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.