23 aprel 2011 17:58
Xəzər Lənkəran – AZAL matçının hakimləri açıqlandı
Premyer Liqanın 28-ci turunun bu günə nəzərdə tutulan son matçının hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, Hakimlər Komitəsi "Xəzər Lənkəran" - AZAL oyununu idarə edəcək hakimlərin kimliyini açıqlamaqdan çəkinməyib.
Belə ki, Lənkərandakı oyunun startına 45 dəqiqə qalmış HK və PFL bölgəyə Vüsal Əliyevin rəhbərlik etdiyi hakimlər briqadasını göndərdiyini bəyan edib. Lakin maraqlıdı ki, artıq başa çatan “Neftçi” – “Bakı” qarşılaşmasını hansı hakimlərin idarə etməsindən ictimaiyyət hələ də xəbərsizdi.
Premyer Liqa
28-ci tur
23 aprel
Xəzər Lənkəran - AZAL
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Səfər Haşımov
Lənkəran şəhər mərkəzi stadionu. Saat 18:30.
