23 aprel 2011 18:34
Starkov: Biz hakimin səhvi nəticəsində qol buraxdıq
"Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 28-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssis komandasının 2 cavabsız qolla məğlubiyyətini belə dəyərləndirib:
“Birinci hissədə biz pis oynamadıq. Hakimin səhvi nətincəsində qol buraxdıq. Hesab edirəm ki, bunu demək lazımdı. Buraxılan ilk qol oyunun gedişinə təsir göstərdi. Amma bütövlükdə, “Neftçi” birinci pilləyə layiqdi. Belə komandaya qarşı oynamaq çətindi. Kubokda oyunçularımın özlərini daha yaxşı cəhətdən göstərəcəklərinə inanıram. Arif Əsədovu təbrik edirəm, komandası çempionluğa bir addım daha yaxınlaşdı, uğurlar arzu edirəm".
