23 aprel 2011 18:47
Arif Əsədov: Rəqibi hər şeydə üstələyirdik
Premyer Liqanın 28-ci turunun "Neftçi" – "Bakı" oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Arif Əsədov görüş haqqında fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı 2 cavabsız qolla qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
"Növbəti qələbəmizi qazandığımız üçün çox şadam. "Neftçi" rəqibini bütün komponentlərdə üstələdi. Futbolçularımızın hamısından razıyam. Rail Məlikovla Ruslan Abışovu əvəzləməyimin səbəbi onların yorğun olması idi. Çünki hər iki futbolçu yığma komandanın düşərgəsindən yenicə dönüb".
