23 aprel 2011 21:12
Mirça Rednik: AZAL çempionatın ən mütəşəkkil komandasıdı
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 28-ci turunun AZAL ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin rumıniyalı çalışdırıcısı 3 cavabsız qolla qələbə qazandıqları qarşılaşmayla bağlı bunları dilə gətirib:
“Biz artıq uzun müddət idi ki, qələbə qazana bilmirdik. Bu dəfə də bizim üçün asan olmadı. Amma azarkeşlərimizə təşəkkürümü bildirirəm ki, bizi sona kimi dəstəklədilər. AZAL çempionatın ən mütəşəkkil komandasıdı. Onlar bizim final mərhələsindəki yeganə məğlubiyyətimizin müəllifidi. Azarkeşlərimizi və komandanın oyunçularını qələbə münasibəti ilə təbrik edirəm. AZAL komandasına böyük hörmətim var. Lakin, bu, futboldu. Qələbə qazanacağımıza inanırdıq”.
