23 aprel 2011 21:21
Nazim Süleymanov: Gözəl oyun sərgiləməmək günah olardı
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın 28-ci turunun “Xəzər Lənkəran”la səfər matçını şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəranda 3 cavabsız qolla məğlub olan “təyyarəçilər”in çalışdırıcısı bunları dilə gətirib:
“Bu cür azarkeşlər önündə gözəl futbol oynamamaq günah olardı. Bir çox səhvlər buraxdıq. “Xəzər Lənkəran” klubunu qələbə ilə təbrik edirəm. Bu mövsüm ilk dəfə idi ki, belə hesabla məğlub olduq. Oyunu analiz edib səhvlərimizi görməyə çalışacağıq”.
