26 aprel 2011 02:04
İngiltərə çempionatı: Mançesterlilərdən növbəti qələbə (YENİLƏNİB)
İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunun əksər qarşılaşmaları elə ilk oyun günündə baş tutub.
Lider “Manchester United” doğma meydanda son dəqiqələrdə vurulan qolla qələbə qazanıb və liderliyini qoruyub. Elə əsas izləyicilərindən “Chelsea” də evdə qələbə qazanıb. “Zadəganlar”ın “West Ham”i yendiyi qarşılaşma həm də qışda böyük ümidlərlə transfer olunan Fernando Torresin bu komandadakı ilk qolunu vurmasıyla əlamətdar olub.
İkinci oyun günündə isə çempionluq uğrunda mübarizə aparan "Arsenal" səfərdə "Bolton"la qarşılaşıb və ağır zərbə almış olub.
Turun qapanış matçında isə liderlərin əsas izləyicilərindən olan "Manchester City" səfər qələbəsinə sevinib.
İngiltərə Premyer Liqası
34-cü tur
23 aprel
Manchester United – Everton – 1:0
Qol: Ernandes, 84.
Aston Villa - Stoke City – 1:1
Qollar: Bent, 43 – Cons, 20.
Blackpool – Newcastle – 1:1
Qollar: Kempbel, 32 – Lovenkrands, 17.
Liverpool – Birmingham – 5:0
Qollar: Maksi Rodriqes, 7; 66; 73, Kuyt, 24, Co Kol, 86.
Sunderland – Wigan – 4:2
Qollar: Qyan, 55, Henderson, 66; 77, Sessegnon, 73-pen – Diame, 52, Santo, 90.
Tottenham - West Bromwich – 2:2
Qollar: Pavlyuçenko, 27, Defo, 27 – Odemwingie, 5, Simon, 81.
Wolverhampton – Fulham – 1:1
Qollar: Fletçer, 22 – Conson, 80.
Chelsea - West Ham – 3:0
Qollar: Lampard, 44, Torres, 84, Maluda, 90+2.
24 aprel
Bolton - Arsenal - 2:1
Qollar: Sturric, 38, Cohen, 90 - Van Persi, 48.
Matçın 47-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Deyvis penaltidən yararlana bilməyib
25 aprel
Blackburn - Manchester City - 0:1
Qol: Dzeko, 75.
| 1 | Manchester United | 34 | 21 | 10 | 3 | 71 | - | 32 | 73 |
| 2 | Chelsea | 34 | 20 | 7 | 7 | 64 | - | 27 | 67 |
| 3 | Arsenal | 34 | 18 | 10 | 6 | 67 | - | 36 | 64 |
| 4 | Manchester City | 33 | 17 | 8 | 8 | 51 | - | 30 | 59 |
| 5 | Tottenham | 33 | 14 | 13 | 6 | 49 | - | 41 | 55 |
| 6 | Liverpool | 34 | 15 | 7 | 12 | 51 | - | 39 | 52 |
| 7 | Everton | 34 | 11 | 14 | 9 | 47 | - | 42 | 47 |
| 8 | Bolton | 33 | 12 | 10 | 11 | 48 | - | 44 | 46 |
| 9 | Newcastle | 34 | 10 | 11 | 13 | 49 | - | 48 | 41 |
| 10 | Sunderland | 34 | 10 | 11 | 13 | 39 | - | 49 | 41 |
| 11 | Aston Villa | 34 | 10 | 11 | 13 | 43 | - | 55 | 41 |
| 12 | West Bromwich | 34 | 10 | 10 | 14 | 49 | - | 64 | 40 |
| 13 | Fulham | 33 | 8 | 15 | 10 | 37 | - | 36 | 39 |
| 14 | Stoke | 33 | 11 | 6 | 16 | 40 | - | 43 | 39 |
| 15 | Birmingham | 34 | 8 | 14 | 12 | 34 | - | 51 | 38 |
| 16 | Blackburn | 34 | 9 | 8 | 17 | 40 | - | 55 | 35 |
| 17 | Blackpool | 34 | 9 | 7 | 18 | 48 | - | 70 | 34 |
| 18 | Wigan | 34 | 7 | 13 | 14 | 34 | - | 57 | 34 |
| 19 | Wolverhampton | 33 | 9 | 6 | 18 | 37 | - | 57 | 33 |
| 20 | West Ham | 34 | 7 | 11 | 16 | 39 | - | 61 | 32 |
