24 aprel 2011 00:03

Addım-addım çempionluğa...

Premyer Liqada 28-ci tura da start verildi. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq şənbə günü yenə 3 matç baş tutdu.
 
İlk oyun gününə, eyni zamanda hesabat turuna “Muğan” – “Simurq” qarşılaşması ilə start verildi. Hər şeydən öncə onu qeyd edək ki, bu qarşılaşmada Azərbaycan çempionatları tarixində bir ilk gerçəkləşdi. Belə ki, ilk dəfə Premyer Liqamızın qarşılaşmasını qadın referi idarə etdi. Nəticədə, Səbayel Qurbanova futbol tariximizə düşmüş oldu.
 
Oyuna gəlincə, 8-ci pillədə qərarlaşmış Salyan təmsilçisinin autsayderlərindən olan “Simurq”la dueldə qələbə qazanacağı öncədən də şübhə doğurmurdu. Ən azı ona görə ki, Bəhmən Həsənovun komandası cari mövsümdə Zaqatala təmsilçisinə qarşı keçirdiyi hər üç oyunda qalib gəlmişdi. Elə bu dəfə də sensasiya baş vermədi. 3 cavabsız qol Salyan təmsilçisinə növbəti 3 xalı qazandırdı.
 
Günün digər iki oyununda isə ilk altılıq komandaları qarşılaşdı. Premyer Liqanın lideri olan “Netfçi” ölkə kubokunun son qalibi “Bakı”nı qəbul etdi. Ən yaxın izləyici olan “Xəzər Lənkəran”dan 8 xal irəlidə olan paytaxt təmsilçisi final mərhələsinin ilk dövrəsində “Bakı”nı 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. Azərbaycan kubokunun yarımfinalında da mübarizə aparan “Bakı”nın isə “ilk altılıq”da elə də iddiası qalmadığından hələ də qalib gələ bilmədikləri final mərhələsindəki uğursuzluğa son qoymağı hədəfləyirdi. Lakin “ağ-qaralar” bu dəfə də Aleksandr Starkovun komandasının sevinməsinə imkan vermədi. Əksinə, 2 cavabsız qol “Neftçi”ni çempionluğa bir qədər də yaxınlaşdırdı, əsas izləyiciləri ilə xal fərqinin isə ən azı bir tur da qorunmasına şərait yaratdı.
 
Yeri gəlmişkən qeyd edək ki, bu görüşdə dubla imza atan Flavinyo komandasının və çempionatımızın əsas bombardiri Bahodir Nasimovun yoxluğunda onunla fərqi daha da azaltdı. Ən əsası isə ondan öndə qərarlaşan bir neçə oyunçunu qabaqlamağı bacardı.
 
Günün son oyununda isə AZAL Lənkəranda liderin əsas izləyicisi olan yerli “Xəzər Lənkəran”ın qonağı idi. İlk altılıqda fərqli çıxış edən komandalardan AZAL 5 oyunda 3 qələbə qazanmış, iki dəfə məğlub olmuşdu. “Xəzər Lənkəran” isə 4 dəfə meydanı heç-heçə ilə tərk edib, yeganə məğlubiyyətini də məhz AZAL-dan almışdı. XL çempionluq şanslarını saxlamaq üçün mütləq qələbə qazanmağa borcluydu. Bir qədər gec alınsa da, hər halda cənublular fasilədən sonra Nazim Süleymanovun müdafiəyəmeylli komandasının müqavimətini qırmağı bacardılar və qisasları kifayət qədər ağır alındı. Hər halda “təyyarəçilər” cari mövsümdə hələ 3 cavabsız qol buraxmamışdılar.
 
Premyer Liqa
28-ci tur
 
Muğan - Simurq - 3:0 (1:0)
Qollar: Con Pelu, 45 (1:0), Con Pelu, 50 (2:0), Reys Klaudiney, 53 (3:0).
Vərəqələr: Reys Klaudiney, 52 - Anar Həsənli, 71 – sarı.
Hakimlər: Səbayel Qurbanova, Aleksandr Musatkin, İlham Əliyev, Əfqan Həmzəyev.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.
23 aprel 2011. “Şəfa” stadionu. 300 tamaşaçı.
Muğan: 1. Amil Ağacanov (k), 3. Miloş Zeçeviç, 6. Taqim Novruzov, 7. Pərvin Paşayev, 4. Elxan Cəbrayılov, 11. Con Pelu (21. Ceyhun Abdullayev, 70), 14. Fərid Həşimzadə, 16. Sergey Çernışev (25. Nəriman Həsənov, 78), 8. Tural Axundov, 39. Hüseyn Axundov, 77. Reys Klaudiney (19. Zaur Əsədov, 59).
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 18. Samuel Barlay, 30. Anxel Qutyerres, 34. Cavad Mirzəyev.
Məşqçi: Bəhmən Həsənov.
Simurq: 22. Adnan Hodziç, 3. Rasim Ramaldanov (k), 5. Elvin Yunusov, 6. Mikayıl Rəhimov, 17. Rüstəm Məmmədov (20. Qafar Qafarov, 46), 14. Anar Həsənli, 8. Qərib İbrahimov, 7. Samir Əliyev (25. Tofiq Mikayılov, 19), 9. Əli Bağırov, 10. Vasif Əliyev, 19. Ramin Nəsibov (15. Elvin Musazadə, 58).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 2. Səbuhi Həsənov, 16. Samir Musayev, 18. Dilqəm Əsgərov.
Baş məşqçi: Qyoko Haciyevski.
 
Neftçi - Bakı - 2:0 (1:0)
Qollar: Flavinyo, 19 (1:0), Flavinyo, 54-pen (2:0).
Vərəqələr: Cəmşid Məhərrəmov, 1, Jaba, 21, Marko Şarliya, 54, Leonardo Roşa, 67 – sarı.
Hakimlər: Elnur Muradov, Elman Musayev, Munis Abdullayev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
23 aprel 2011. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k) (18. Ruslan Əmircanov, 65), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 7. Rodriqinyo, 9. Flavinyo (11. Cavid Hüseynov, 71), 10. Emil Mpenza, 15. Ruslan Abışov (4. Yasin Hima, 78), 16. Alessandro Viano da Silva, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Elmar Baxşıyev, 19. Mirhüseyn Seyidov, 28. Amit Quluzadə.
Baş məşqçi: Arif Əsədov.
Bakı: 1. Marko Şarliya, 4. Vadim Borets (39. Ruslan Leviqa, 59), 5. Stefan Barbikoni, 9. Vaqif Cavadov, 15. Cəmşid Məhərrəmov (k), 18. Radomir Todorov, 27. Bəxtiyar Soltanov (20. Fabio Luis Ramim, 59), 30. İbrahim Karqbo, 33. Stevan Bates, 77. Aleksandar Soliç (99. Leonardo Roşa, 65), 85. Jaba.
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 7. Mahmud Qurbanov, 11. Adnan Barakat, 32. Aleksey Savinov.
Baş məşqçi: Aleksandr Starkov.
 
Xəzər Lənkəran - AZAL - 3:0 (0:0)
Qollar:  Emeka Opara, 58 (1:0), Uinston Parks, 76 (2:0),  Elnur Abdullayev, 79 (3:0).
Vərəqələr: Elnur Abdullayev, 84, Xristu Kyaku, 89 - Vüsal Qarayev, 29 – sarı.
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vaqif Musayev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
23 aprel 2011. Lənkəran şəhər mərkəzi stadionu. 10500 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 6. Simao Bruno, 10. Elnur Abdullayev, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 19. İbrahima Banqura (15. Emeka Opara, 55), 27. Manuel Skarlatake, 36. Uinston Parks (23. Şəhriyar Xəlilov, 86), 77. Stelian Stanku, 84. Julius Vobay (17. Xristu Kyaku, 75).
Ehtiyat oyunçular: 12. Yevgeni Kopil, 3. Elvin Beqiri, 18. Alim Qurbanov, 30. Katalin Doman.
Baş məşqçi: Mirça Rednik.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 6. Ritus Krjauklis, 9. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 16. Mensur Limani, 24. Enyo Krastovçev, 17. Vüsal Qarayev (23. Pius İkedia, 65), 21. Mirko Bunyevçeviç (15. Qvidas Yuska, 60).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Tərlan Xəlilov, 22. Anar Həsənov, 18. Cavid Rəhimov, 4. Namiq Abdullazadə.
Baş məşqçi: Nazim Süleymanov.
 
1
Neftçi
28
18
8
2
49-12
62
2
Xəzər Lənkəran
28
15
9
4
33-15
54
3
Qarabağ
27
15
5
7
33-16
50
4
AZAL
28
12
9
7
31-22
45
5
İnter
27
12
7
8
27-22
43
6
Bakı
28
9
9
10
29-26
36
 
1
Qəbələ
27
11
9
7
28-17
42
2
Muğan
28
10
8
10
24-28
38
3
Gəncə
27
6
11
10
27-31
29
4
Turan
27
6
6
15
21-39
24
5
Simurq
28
3
6
19
15-46
15
6
MOİK
27
2
5
20
9-52
11
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Deon Barton (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.