23 aprel 2011 11:46

Ansi Aqolli: Mövsümün sonuna kimi hələ çox şey dəyişə bilər

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli azerisport.az saytına müsahibəsində “İnter”lə qarşıdakı oyun ərəfəsində şanslarını dəyərləndirib, ağdamlıların son turlarda qol vura bilməməsindən və “Neftçi”ni çempionluq münasibətiylə təbrik etməyin hələ tez olduğundan danışıb.
 
- “İnter”lə qarşıdakı oyuna necə hazırlaşmısız?
- Biz hər oyuna eyni qaydada hazıraşırıq. Bu görüşə də ənənəvi olaraq yaxşı hazırlaşmışıq. Əlbəttə, hazırlıqlarımızda bütün oyunçular iştirak etməyib. Amma hazırlıqlarımız öz qaydasıyla davam edib.
 
- “Bankirlər”lə oyundan nə gözləyirsiz?
- Təbii ki, qələbə gözləyirəm. Məhz buna görə də gündə iki dəfə hazırlıq keçirik. Meydana da ancaq 3 xal qazanmaq arzumusu reallaşdırmaq üçün çıxacağıq.
 
- “Qarabağ” son 3 oyununda qol vura bilmir. 9 oyunluq qələbə seriyanızın ardından sizə nə olub belə?
- Heç bir problem yoxdu. Sadəcə, özünüz də bilirsiz ki, bəzən futbolda belə də olur. Yaxşı oyun sərgiləsən də, qol vura bilmirsən. Amma məncə “İnter”lə oyunda yenidən qol vurmaqla bu quru seriyaya son qoymağı bacaracağıq.

- Amma rəqibiniz də son turlar pis oyun sərgiləmir. Ardıcıl olaraq “Neftçi” və XL-la heç-heçəyə imza atıblar.
- Bu, məni təəccübləndirmədi. Axı “İnter” Azərbaycanın hazırkı çempionudu. Möhkəm komandadı. Əla komplektləşmiş heyətləri var. Şəxsən mən hesab edirəm ki, bu komandayla oyunumuz çox çətin keçəcək.

- Bəziləri artıq “Neftçi”ni çempionluq münasibəti ilə təbrik etməyə başlayıblar...
- Onlar, artıq bizi 9, ikinci pillədəki XL-ı isə 9 xal qabaqlayırlar. Amma məncə indidən onları təbrik etməyə dəyməz. Necə də olmasa, qarşıda hələ 5 tur var. Bu isə potensial 15 xal deməkdi. Yəni mövsümün sonuna kimi hələ çox şey dəyişə bilər. Kim bilir ki, qarşıda nələr olacaq? Buna görə də hesab edirəm ki, bu haqda danışmaq hələ tezdi.
 
- Avropanın əksər çempionatlarından geridə qalan Azərbaycan Premyer Liqasındakı çıxışınız Albaniya millisindəki oyununuza nə dərəcədə təsir göstərir?
- Mən deməzdim ki, Azərbaycan futbolu zəifdi. Həmçinin belə statistik şeylərə diqqət yetirməyin də tərəfdarı deyiləm. Futbol hər yerdə bir cürdü. Albaniyada da, Azərbaycanda da, digər ölkələrdə də. Yəni fərq yoxdu. Buna görə də mən demək olar ki, yığmamızın bütün oyunlarında əsas heyətdə meydana çıxıram.
 
- Niyə o vaxt məhz “Qarabağ”ı seçdiniz?
- Ukrayna “Krivbass”ında olarkən bu komandadan dəvət alanda ətraflı məlumat toplamağa başladım. Bilirdim ki, “Qarabağ” məndən əvvəlki mövsümdə Avropa Liqasının qrup mərhələsinin bir addımlığında dayanıb. Bütövlükdə, hesab edirəm ki, Azərbaycanın ən yaxşı futbolçularının cəmləşdiyi ən güclü komandalarından birində çıxış edirəm və bu, mənim üçün çox xoşdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.