23 aprel 2011 11:57
Qarabağ İnter`lə oyuna tam heyətlə hazırlaşır
“Qarabağ” artıq “İnter”lə oyunun hazırlıqlarını başa vurub. Azerisport.az xəbər verir ki, sabah Premyer Liqanın final mərhələsinin 2-ci dövrəsi çərçivəsində baş tutacaq görüş üçün komanda dünən ilk dəfə tam heyətlə məşq keçib.
Millinin düşərgəsindən dönən 6 futbolçunun iştirakıyla “Qarabağ” “İnter”lə oyun üçün tam heyətlə çalışma imkanı əldə edib. Hansı ki, bu, ağdamlıların “bankirlər”lə duelə taktiki baxımdan hazırlıq üçün yeganə imkanı idi. Bu gün komanda oyunun keçiriləcəyi Suraxanı qəsəbə stadionunda 1 saatlıq yüngül məşqlə kifayətlənib.
Xatırladaq ki, “Qarabağ” – “İnter” oyunu 24 apreldə Suraxanıda Tofiq İsmayılov adına qəsəbə stadionunda saat 16:30-da baş tutacaq.
