23 aprel 2011 14:01
Yığmamız nəhayət ki, İtaliyada qələbə qazana bildi (YENİLƏNİB)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız Rusiyanın “Zenit” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 3:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Komandamızın qollarını Hacı Əhmədov (penalti), Rizvan Umarov və Mirsahib Abbasov vurub.
Maraq üçün xatırladaq ki, Vəli Qasımovun yetirmələri İtaliya turnesi çərçivəsindəki ilk oyunda İspaniyanın “Barcelona” klubuna 2:4, İtaliyanın “Napoli” klubuna 1:3, “Palermo”ya 0:1, Özbəkistanın “Bunyodkor” klubuna isə 1:3 hesabıyla yenilmişdi.
