26 aprel 2011 00:01
Türkiyə çempionatı: Beşiktaş autsayderi də yenə bilmədi (YENİLƏNİB)
Türkiyə Superliqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
Cari mövsümün ən iddialı komandalarından olan “Trabzonspor” səfərdə mövsümün digər sürpriz komandası “Eskişehirspor”un qonağı olub. Qarşılaşma qolsuz tamamlanıb və lider uğurlu oyunlar seriyasının ardından xal itkisinə üzülüb.
İkinci oyun günündə son çempion "Bursaspor" növbəti qələbəsini qazanıb. "Galatasaray" isə doğma meydanda növbəti dəfə xal itirib.
Üçüncü oyun günündə "İstanbul BB" doğma meydanda darmadağın olmaqla təəccübləndirib. Çempionluq uğrunda mübarizə aparan "Fenerbahçe" isə səfərdə "Bucaspor"la kifayət qədər çətin və məhsuldar qarşılaşmadan qələbəylə ayrılmağı bacarıb.
Son oyun günündə isə "Beşiktaş" səfərdə "Konyaspor"un qonağı olub. "Qara qartal" sadəcə məğlubiyyətdən yaxa qurtarmasına sevinib.
Türkiyə Superliqası
30-cu tur
22 aprel
Eskişehirspor – Trabzonspor – 0:0
23 aprel
Karabükspor - Sivasspor - 2:1
Qollar: Emenike, 34, Hikmet, 60 - Eneramo, 64.
Bursaspor - Manisaspor - 2:1
Qollar: Sercan, 3, Erdoğan, 9 - Güven, 21.
Galatasaray - Kayserispor - 1:1
Qollar: Gökhan Zan, 2 - Durak, 20.
24 aprel
Genclerbirliği - Kasımpaşa - 1:1
Qollar: Delibalta, 74 - Çolak, 24.
Gaziantepspor - Antalyaspor - 2:1
Qollar: Cenk Tosun, 60; 76 - Seras, 47.
İstanbul BB - Ankaragücü - 1:4
Qollar: Depe, 50 - Kurt, 3, Şahin, 14, Təkkə, 51, Qabriç, 69.
Bucaspor - Fenerbahçe - 3:5
Qollar: Musa, 15, Özgen, 38; 54 - Əmrə, 17, Aleks, 59-pen; 62, Quiz, 71, Santos, 90+2.
25 aprel
Konyaspor - Beşiktaş - 1:1
Qollar: Robak, 31 - Kuaresma, 76-pen.
| 1 | Trabzonspor | 30 | 21 | 7 | 2 | 57 | - | 21 | 70 |
| 2 | Fenerbahce | 30 | 22 | 4 | 4 | 71 | - | 31 | 70 |
| 3 | Bursaspor | 30 | 15 | 10 | 5 | 46 | - | 25 | 55 |
| 4 | Gaziantepspor | 30 | 15 | 7 | 8 | 41 | - | 29 | 52 |
| 5 | Eskisehirspor | 30 | 11 | 11 | 8 | 34 | - | 32 | 44 |
| 6 | Kayserispor | 30 | 12 | 8 | 10 | 39 | - | 38 | 44 |
| 7 | Besiktas | 30 | 12 | 8 | 10 | 45 | - | 35 | 44 |
| 8 | Istanbul BB | 30 | 12 | 4 | 14 | 38 | - | 39 | 40 |
| 9 | Karabukspor | 30 | 11 | 7 | 12 | 44 | - | 47 | 40 |
| 10 | Ankaragucu | 30 | 10 | 9 | 11 | 49 | - | 52 | 39 |
| 11 | Antalyaspor | 30 | 9 | 10 | 11 | 33 | - | 40 | 37 |
| 12 | Galatasaray | 30 | 11 | 4 | 15 | 33 | - | 41 | 37 |
| 13 | Manisaspor | 30 | 11 | 3 | 16 | 42 | - | 48 | 36 |
| 14 | Genclerbirligi | 30 | 9 | 9 | 12 | 38 | - | 45 | 36 |
| 15 | Sivasspor | 30 | 8 | 8 | 14 | 37 | - | 50 | 32 |
| 16 | Bucaspor | 30 | 6 | 6 | 18 | 28 | - | 53 | 24 |
| 17 | Kasimpasa | 30 | 5 | 7 | 18 | 28 | - | 59 | 22 |
| 18 | Konyaspor | 30 | 4 | 10 | 16 | 24 | - | 42 | 22 |
