23 aprel 2011 00:22
Qəbələ Southampton səddində ilişdi
Türkiyədə - 2-ci Beynəlxalq Kuşadası turnirində qrup mərhələsini uğurla adlayan “Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası 1/8 final mərhələsində də müvəffəqiyyət qazanıb. Azerisport.az xəbər verir ki, yerli “Turqutluspor”la üzləşən təmsilçimiz Əli Səmədovun qolu sayəsində rəqibini 1:0 üstələyib.
Lakin 1/4 finalda İngiltərənin “Southampton” klubuyla qarşılaşan “Qəbələ” təəssüf ki, məğlubiyyətlə barışmalı olub – 0:1. 5-8-ci yerlər uğrunda mübarizə aparan komandamız sabah növbəti oyununu keçirəcək.
