23 aprel 2011 00:42

Sami Xedira Bakıya gəlməkdən məhrum oldu

İspaniyanın “Real” (Madrid) klubunun və Almaniya yığmasının yarımmüdafiəçisi Sami Xedira sıradan çıxıb. Azerisport.az xəbər verir ki, futbolçunun İspaniya kubokunun finalında “Barcelona” ilə qarşılaşmada ağır zədə ilə üzləşdiyi bildirilir.
 
Hətta almaniyalı orta sahə oyunçusunun mövsümü qapatdığını iddia edənlər də olub. Lakin Madrid klubu hələlik bu informasiyaları təsdiqləmir. Elə “Real”ın baş məşqçisi Joze Mourinyo da İspaniya və Almaniya mətbuatında yayılan xəbərləri böyük təəccüblə izlədiyini gizlətməyib: “Düzdü, Xediranın zədəsi də digərləri qədər önəmlidi. Bu, istər-istəməz qarşıdakı oyunlarda işimizi çətinləşdirəcək. Amma mövsümü erkən qapatdığına dair yayılan xəbərlər başdan-ayağa yalandı. Yaxın günlərdə oynaması çətindi. Çünki tibbdə möcüzələr olmur. Amma qısa zamanda meydana qayıdacağına inanırıq”.
 
Bu zədə səbəbindən Xediranın nə həftəsonu baş tutacaq “Valencia” ilə La Liqa, nə də “Barcelona” ilə Çempionlar Liqasının yarımfinal görüşlərində forma geyməsi mümkün olacaq. Onun həmçinin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya və Azərbaycanla oyunlarda da iştirak etməyəcəyi iddia olunur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.