24 aprel 2011 18:22

Qarabağ çempionu yenə məğlub etdi, MOİK vidalaşdı (YENİLƏNİB)

Bu gün Premyer Liqanın 28-ci turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq bazar günündə də 3 matç baş tutub.
 
İkinci altılıqda lider olan “Qəbələ” son pillədə qərarlaşmış MOİK-i qəbul edib və qolsuz heç-heçə ilə kifayətlənib. Lakin bu nəticə "hərbçilər"in elitayla rəsmən vidalaşması ilə nəticələnib. Daha bir qarşılaşma isə Gəncə şəhərinin eyniadlı təmsilçisi ilə “Turan” arasında baş tutub ki, bu oyunu daha çox “qərb derbi”si kimi də dəyərləndirmək olardı. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə bitib. Günün son oyununda isə “Qarabağ” son çempion “İnter” klubunu qəbul edib və minimal hesablı qələbə sayəsində növbəti 3 xalını qazanıb.
 
Premyer Liqa
28-ci tur
24 aprel
 
QARABAĞ - İNTER - 1:0 (0:0)
Qol: Adamiya, 77-pen.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
 
Oyun başladı
Meydan sahibləri oyuna daha fəal başlayıb
Vüqar Nadirov Filip Despotovskinin kobud  səhvindən yararlana bilmir
"Qarabağ" ilk dəqiqələrdən çempionu qapısına sıxışdırıb
12. Əfran İsmayılovun təhlükəli zərbəsinin qapıya getməsinə son anda Georgi Lomaya mane olur
13. Gürcü qapıçı yenə komandasını qoldan xilas edir
16. "Qarabağ"ın daha bir təhlükəli hücumu zamanı "İnter" üçün hər şey yaxşı qurtardı
20. "Qarabağ" inanılmaz qol vəziyyətindən yararlana bilmir
"Bankirlər" demək olar ki, heç nə edə bilmir və bütün diqqəti müdafiəyə yönəldib
29. Əfran İsmayılov qonaqların qapısına yol tapsa da, yan xətt hakimi ofsayd qeydə alır
40. Çertoqanovun hesabı açmasına son anda Pavloviç mane oldu
İlk hissə başa çatdı
İkinci hissə başladı
"İnter"də Despotovskini Çervenka əvəzləyir
54. Əfran Vüqarı əla zərbə mövqeyinə çıxarsa da, o, bu gözəl fürsətdən istifadə edə bilmir
63. Kruqlovu Mjavanadze əvəzləyir
66. "Qarabağ"da eyni anda iki əvəzləmə: Nedzipini Rauf Əliyev, Vüqar Nadirovu Adamiya əvəzləyir
70. Əfran daha bir əlverişli vəziyyəti boşa verir
75. Arif Daşdəmirov Rəşad Sadiqovu cərimə meydançasında kobudluqla dayandırır və sarı vərəqə alır
77. Təyin olunan penaltini Adamiya yerinə yetirir və həmyerlisi Lomayanı məyus edə bilir - 1:0
79. Rəşad Sadiqov oyuna davam edə bilmir və Samir Abasovla əvəzlənir
79. "İnter"də isə Danildo Assiolini Girts Karlson əvəzləyir
Qoldan sonra da meydan sahibləri üstün oyun sərgiləməkdə davam edir
88. Çervenka sarı vərəqə alır
90. Meydan sahibləri əla əks-hücum qursa da, son nöqtəni qoya bilmirlər
90+1. Odikadzenin zərbəsi azca yan keçir
Oyun başa çatdı
 
QƏBƏLƏ – MOİK - 0:0 (0:0)
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
A.Kamaranın MOİK-i cəzalandırmaq şansı olsa da, yararlana bilmir
Ağayev Milan Antiçin zərbəsindən sonra qapısının təhlükəsizliyini çətinliklə də olsa, qoruya bilir
"Qəbələ" topa daha çox nəzarət edir
MOİK-də İsgəndərov əlverişli vəziyyəti dəyərləndirə bilmir
Meydan sahibləri autsayderə demək olar ki, oynamağa imkan vermir
Deon Bartonun zərbəsində azca dəqiqlik çatışmır
"Qəbələ" qol vurmaqda çətinlik çəkir, MOİK isə heç buna çalışmır da
İlk yarı başa çatır
İkinci hissə başladı
"Qəbələ" yenə üstün tərəf olsa da, son nöqtəni qoymaqda çətinlik çəkir
MOİK-in qapıçısı da az fəallıq nümayiş etdirmir
Ağayev Banquranın da qola sevinməsinə imkan vermir
Bartonun zərbəsi yenə qeyri-dəqiq olur
İsgəndərov hesabı açmağa yaxın olsa da, zərbəs alınmır
Oyun başa çatdı
 
GƏNCƏ - TURAN - 1:0 (0:0)
Qol: Sabir Allahquliyev, 62 (1:0).
Gəncə. Şəhər stadionu.
 
Oyun başladı
"Gəncə" daha fəal görünür
"Turan"ın təhlükəli hücumu bəhrəsiz qalır
Kifayət qədər sönük bir oyun keçir və təhlükəli qol vəziyyətləri yox dərəcəsindədi
"Turan" oyunda üstünlüyə yiyələnməyə çalışır
Ceyhun Sultanovla Junivan Suaresin qapıya zərbələri hər iki halda dirəkdən dönür
İlk yarı başa çatır
İkinci hissə başladı
Junivanın zərbəsində azacıq dəqiqlik çatışmır
Sabir Allahquliyev qərb derbisində hesabı açır - 1:0
Allahquliyev daha bir qol vurmağa yaxın olsa da, yararlana bilmir
Hakim tovuzluların baş məşqçisi Naci Şensoyu texniki zonadan uzaqlaşdırır
Oyun başa çatdı
 
Qeyd edək ki, hesabat turunun digər 3 qarşılaşması da dünən keçirilmişdi: Muğan – Simurq – 3:0, Neftçi – Bakı – 2:0, Xəzər Lənkəran – AZAL – 3:0.
 
1
Neftçi
28
18
8
2
49-12
62
2
Xəzər Lənkəran
28
15
9
4
33-15
54
3
Qarabağ
28
16
5
7
34-16
53
4
AZAL
28
12
9
7
31-22
45
5
İnter
28
12
7
9
27-23
43
6
Bakı
28
9
9
10
29-26
36
 
1
Qəbələ
28
11
10
7
28-17
43
2
Muğan
28
10
8
10
24-28
38
3
Gəncə
28
7
11
10
28-31
32
4
Turan
28
6
6
16
21-40
24
5
Simurq
28
3
6
19
15-46
15
6
MOİK
28
2
6
20
9-52
12
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
13 - Georgi Adamiya (Qarabağ)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Deon Barton (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.