24 aprel 2011 14:17
Neftçi Galatasaray`ın qapıçısı ilə maraqlanır(FOTO)
“Neftçi” Türkiyənin “Galatasaray” klubunun qapıçısı Robinson Sapata ilə maraqlanır. Azerisport.az xəbər verir ki, 31 yaşlı qapıçısı qışda transfer olunduğu İstanbul klubunda elə uğurlu çıxışı ilə seçilmir.
Tez-tez buraxdığı kobud səhvlərlə diqqət mərkəzinə düşən kolumbiyalı qapıçının artıq özünə yeni klub axtarışlarına çıxdığı iddia olunur. Qardaş ölkə mətbuatının iddiasına görə, Sapata ilə maraqlanan klubların arasında “Neftçi” də var. Lakin futbolçu özü Türkiyə Superliqasının digər klublarından birində çıxış etməkdə daha çox maraqlıdı.
