24 aprel 2011 14:35
Ermənistanda baş məşqçi jurnalisti döydü
Ermənistanın “Ararat” klubunun baş məçqçisi Arkadi Andrasyan şənbə günü keçirilən yüksək liqanın “Pünik”lə oyununun fasiləsində jurnalisti döyüb. Azerisport.az xəbər verir ki, o, yerli “Totalfutbol” nəşrinin fotomüxbiri Aşot Aruşanyanı vurub.
Buna isə, Andreasyanın “Razdan” stadionunda həmin jurnalistin onun şəklini çəkməsini bəyənməməsi olub. Nəticədə baş məşqçi jurnalistin sifətinə çox ciddi zərbə endirib. Onun bu zərbəsi nəticəsində Aruşanyan xəstəxanalıq olub və dərhal təcili tibbi yarım maşınıyla arenadan aparılıb. Andreasyan isə münaqişə ilə bağlı izahatı аlınmaq üçün polis bölməsinə götürülüb. Hələlik, Ermənistan Futbol Federasiyasının bu məsələ ilə bağlı rəsmi mövqeyi açıqlanmır.
