26 aprel 2011 01:55
İspaniya çempionatı: Qızıla bərabər qələbə (YENİLƏNİB)
İspaniya La Liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Turun açılış matçında “Real” səfərdə “Valencia”nın qonağı olub. Kifayət qədər məhsuldar alınan qarşılaşmada Joze Mourinyonun komandası 3 qol buraxsa da, adətən əsas heyətdə yer vermədiyi oyunçularla 6 qola sevinib. Lakin lider “Barcelona” “Osasuna” ilə ev oyununda qələbə qazanmaqla əzəli rəqibinin xal fərqini azaltmasında imkan verməyib.
İkinci oyun günündə də maraqlı qarşılaşmalar baş tutub. "Deportivo" və "Espanyol"un uduzduğu gündə "Atletico" böyükhesablı qələbəyə sevinib. "Sevilla" isə evdə "Villareall"la qarşılaşdığı dueldən çətin qələbəylə ayrılıb.
Nəhayət, turun qapanış matçında autsayderlər qrupunda qərarlaşan komandalardan "Zaragoza" doğma meydanda çempionatın ən zəifi "Almeria"nı sınağa çəkib. Rəqibin avtoqolu sayəsində qızıla bərabər qələbə qazanan meydan sahibləri 3 xal sayəsində təhlükəli zonadan çıxsa da, hələ təhlükə ötüşməyib.
İspaniya La Liqası
33-cü tur
23 aprel
Valencia – Real – 3:6
Qollar: Soldado, 60, Jonas, 80, Alba, 85 – Benzema, 23, İquayn, 31; 42; 53, Kaka, 39; 62.
Barcelona – Osasuna – 2:0
Qollar: Vilya, 24, Messi, 88.
Athletic - Real Sociedad – 2:1
Qollar: Muniayn, 18, Toquero, 28 – Martines, 30-öz qapısına.
24 aprel
Hercules – Deportivo - 1:0
Qol: Qomes, 59.
Mallorca - Getafe - 2:0
Qollar: Nunes, 25, Yenaqa, 67.
Racing - Malaga - 1:2
Qollar: Rozenberq, 73 - Baptista, 32, Fernandes, 35.
Sporting - Espanyol - 1:0
Qol: Novo, 70.
Atletico - Levante - 4:1
Qollar: Elias, 19, 50; 70-pen, Munua, 89-öz qapısına - Kaysedo, 39-pen.
Sevilla - Villarreal - 3:2
Qollar: Rakitiç, 9, Neqredo, 14, Romariç, 62 - Marçena, 56, Rossi, 73.
25 aprel
Zaragoza - Almeria - 1:0
Qol: Karreyra, 70-öz qapısına.
| 1 | Barcelona | 33 | 28 | 4 | 1 | 88 | - | 17 | 88 |
| 2 | Real Madrid | 33 | 25 | 5 | 3 | 79 | - | 26 | 80 |
| 3 | Valencia | 33 | 19 | 6 | 8 | 57 | - | 41 | 63 |
| 4 | Villarreal | 33 | 17 | 6 | 10 | 51 | - | 39 | 57 |
| 5 | Athletic | 33 | 16 | 3 | 14 | 51 | - | 47 | 51 |
| 6 | Sevilla | 33 | 14 | 7 | 12 | 51 | - | 49 | 49 |
| 7 | Atletico | 33 | 14 | 7 | 12 | 54 | - | 44 | 49 |
| 8 | Espanyol | 33 | 14 | 3 | 16 | 40 | - | 46 | 45 |
| 9 | Mallorca | 33 | 12 | 6 | 15 | 35 | - | 45 | 42 |
| 10 | Levante | 33 | 12 | 6 | 15 | 37 | - | 46 | 42 |
| 11 | Gijon | 33 | 10 | 11 | 12 | 31 | - | 37 | 41 |
| 12 | Real Sociedad | 33 | 12 | 2 | 19 | 43 | - | 57 | 38 |
| 13 | Deportivo | 33 | 9 | 11 | 13 | 27 | - | 41 | 38 |
| 14 | Getafe | 33 | 10 | 7 | 16 | 43 | - | 53 | 37 |
| 15 | Santander | 33 | 9 | 10 | 14 | 32 | - | 49 | 37 |
| 16 | Malaga | 33 | 10 | 6 | 17 | 44 | - | 63 | 36 |
| 17 | Zaragoza | 33 | 9 | 9 | 15 | 32 | - | 45 | 36 |
| 18 | Osasuna | 33 | 9 | 8 | 16 | 37 | - | 41 | 35 |
| 19 | Hercules | 33 | 9 | 6 | 18 | 30 | - | 50 | 33 |
| 20 | Almeria | 33 | 5 | 11 | 17 | 32 | - | 58 | 26 |
