24 aprel 2011 15:07
Fransa kubokunun qalibi müəyyənləşdi
Fransa Liqa kubokunun cari mövsümünün qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həlledici oyunda Marsel “Olympique”i ilə “Montpellier” qarşı-qarşıya gəlib.
Qarşılaşmada uzun müddət tərəflər qol hesabını aça bilməsə də, sona 10 dəqiqə qalmış Tayvo marselliləri sevindirən qola imza atıb. Nəticədə “Montpellier” qalan dəqiqələrdə buna cavab verə bilməyincə, “Olympique” daha bir titular sahib çıxıb.
Qeyd edək ki, Marsel klubu qızıl dubla da imza ata bilər. Bunun üçün isə ötən mövsümünün çempionuna bu il də eyni uğuru təkrarlamaq qalır.
Fransa kuboku
Final
Olympique (Marsel) – Montpellier – 1:0
Qol: Tayvo, 80.
