24 aprel 2011 15:20
AFFA Alberto Torresi yenidən Bakıya gətirir
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Karlos Alberto Torres yenidən Bakıya gələcək. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis AFFA-nın dəvəti ilə ölkəmizə təşrif buyuracaq.
“Mister kapitan” Azərbaycan futbolunun 100 illik yubileyi tədbirlərində iştirak etmək üçün ölkəmizə gələcək. Artıq bununla bağlı yubiley tədbirlərinin təşkilat komitəsi braziliyalıya dəvət də göndərib. Braziliya futbolunun canlı əfsanəsi iyunun əvvəlində ölkəmizə gələcək və Bakıda iki gün qalacaq.
Qeyd edək ki, Karlos Alberto Torres Azərbaycan yığmasının tarixinə ilk əcnəbi baş məşqçi kimi düşüb.
