24 aprel 2011 15:31
Hakimlər Komitəsi 2 oyunun hakimlərini açıqladı
AFFA Hakimlər Komitəsi Premyer Liqanın 28-ci turunun bu günə nəzərdə tutulan oyunlarından ikisinə təyinatları açıqlayıb. Azerisport.az xəbər verir ki, artıq "Gəncə" - "Turan" və "Qəbələ" – MOİK oyununun hakimləri məlumdu.
Beləliklə, "Gəncə" - "Turan" oyununu Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. "Qəbələ" – MOİK dueli isə Fuad Həsənova tapşırılıb.
Premyer Liqa
28-ci tur
Qəbələ - MOİK
Hakimlər: Fuad Həsənov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məmmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Rüfət Hüseynov
Qəbələ şəhər stadionu. Saat 16:00.
Gəncə - Turan
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Zeynal Zeynalov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Asim Xudiyev
Gəncə şəhər stadionu. Saat 16:00.
