24 aprel 2011 15:45
Qarabağ – İnter matçının hakimləri müəyyənləşdi
AFFA Hakimlər Komitəsi Premyer Liqanın 28-ci turunun sonuncu qarşılaşmasının da hakimlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "Qarabağ" - "İnter" oyununu Ramil Diniyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Premyer Liqa
28-ci tur
24 aprel
Qarabağ - İnter
Hakimlər: Ramil Diniyev, Ramiz Əsədov, Rza Məmmədov, Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Asif Namazov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:30.
