24 aprel 2011 18:48
Naci Şensoy: Balaca uşaq bu oyunu ondan yaxşı idarə edərdi
Tovuzun “Turan” klubunun baş məşqçisi Naci Şensoy Premyer Liqanın 28-ci turunun “Gəncə” ilə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, qarşılaşmanın gedişində texniki zonadan qovulan türkiyəli mütəxəssis komandasının minimal hesablı yenilgisini belə dəyərləndirib:
“Oyundan heç nə danışmayacağam. Maraqlı alındı. Amma hakimin hoqqaları olmasaydı, daha maraqlı alınardı. Hətta balaca uşaq da bu oyunu ondan (Rəhim Həsənov – red.) yaxşı idarə edərdi. Hesab edirəm ki, baş məşqçinin əsəbindən öz gödəkçəsini yerə çırpmasına görə texniki zonadan qovulması qətiyyən düzgün deyil. Mən jurnalistlərə bir daha müraciət etmək istəyirəm ki, hakimlərin işinə daha çox diqqət yetirəsiz. “Bakı” ilə oyundan sonra mən Xaqani Məmmədovla görüşmək istədiyimi bildirdim. Amma o, razılaşmadı”.
