24 aprel 2011 19:11
Qurbanov: Oyunun sonlarında artıq hesabı qorumağa çalışırdıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 28-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı son ölkə çempionu üzərindəki minimal hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Biz tələsmirdik. Topu özümüzdə saxlamaqla, oyuna nəzarəti itirmək istəmirdik. Oyundan qol vura bilməsək də, hər halda penaltidən fərqləndik. Oyunun sonlarında isə artıq hesabı qorumaq üçün oynayırdıq. Təəssüf ki, Rəşad Sadiqov zədə aldı”.
