24 aprel 2011 19:31
Kaxaber Sxadadze: Penalti var idi
Son ölkə çempionu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 28-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gürcü mütəxəssis komandasının minimal hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Qurban Qurbanova müsahibələrinin birində mənim ünvanıma səsləndirdiyi xoş sözlərə görə minnətdarlığımı bildirmək istəyirəm. İki il ərzində mənim ünvanıma da nəsə xoş söz deyən oldu. Bu gün “Qarabağ” layiqli qələbə qazandı. Həmin epizodda da penalti var idi və bundan yararlandılar. Çempionatı demək olar ki, boşa verdik. İndi bütün diqqətimizi ölkə kubokuna yönəltməliyik. Çünki gələcək aqibətimiz məhz bu turnirdən asılıdı”.
