24 aprel 2011 20:33
Qəbələ Türkiyədə 7-ci oldu
"Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibaərət komandası 2-ci Beynəlxalq Kuşadası turnirindəki çıxışına yekun vurub. Azerisport.az xəbər verir ki, 1/4 finalda “Southempton”a məğlub olaraq medallar uğrunda mübarizədən kənar qalan təmsilçimiz 5-8-ci yerlər uğrunda mübarizədə yerli “Bucaspor”la qarşılaşıb və 0:1 hesabıyla məğlub olub.
Turnirin son oyununda “Qəbələ” “Altay”la üz-üzə gəlib. Matçın əsas vaxtı 0:0 bitdiyindən qalib penaltilərlə müəyyənləşdirilib. Penaltiləri daha dəqiq yerinə yetirən təmsilçimiz 3:2 hesabı ilə qalib gəlib və turniri 7-ci yerdə yekunlaşdırıb.
Dünən keçirilən və NTV Spor kanalı ilə canlı yayımlanan Dünya və Türkiyə yığmaları arasındakı matç isə sülhlə sona çatıb – 2:2. İki 25 dəqiqəlik hissə şəklində oynanan “All Star Match”ın hər yarısına komandalar fərqli 11-liklərlə çıxıblar. Dünya yığmasına dəvət alan futbolçularımızdan Fərid Əsədli ilk hissədə, Bəhlul Mustafazadə isə ikinci yarıda meydançaya çıxıb.
