25 aprel 2011 00:23
Sürprizsiz davam
Premyer Liqada daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, çempionatın son dövrəsinin start turu demək olar, sürprizsiz başa çatdı.
Son oyun gününün ilk iki qarşılaşması autsayderlər qrupunda mübarizə aparan komandalar arasında idi. İkinci altılığın lideri “Qəbələ” doğma meydanda çempionatın ən zəifi MOİK-i qəbul edirdi. “Hərbçilər” bu oyunda qalib gələ bilməyəcəkləri təqdirdə növbəti mövsümdə yenidən birinci divizionda mübarizə aparacaqları tam rəsmiləşmiş olacaqdı. Bunun mövsümün sonuna 4 tur qalmlş rəsmiləşməməsi üçün MOİK mütləq səfərdə qələbə qazanmalı idi. Baxmayaraq ki, bu, qətiyyən inandırıcı deyildi. Düzdü, cari mövsümdə komandalar arasında keçirilən üç qarşılaşmanın yalnız birində əyalət təmsilçisi qalib gəlmişdi. Digər iki qarşılaşma isə heç-heçə bitmişdi. Elə bu dəfə də tərəflər qapılara yol tapa bilmədilər və hərəyə 1 xalla kifayətləndilər.
Məhz bu heç-heçə sayəsində Premyer Liqanı tərk edən ilk komanda müəyyənləşmiş oldu. Mövsümün ilk uğursuzu olan MOİK-lə “Turan” arasındakı xal fərqi 12-yə ensə də, artıq bu komandanın sonuncu pillədən çıxmayacağı tam dəqiqləşdi. Düzdü, qarşıdakı 4 turda 12 xal qazanıb, xalların sayını tovuzlularınkı ilə bərabərləşmək olar. Lakin şəxsi oyunlarda tovuzlular üstün olduğundan istənilən halda, MOİK-i qabaqlayacaqlar.
Premyer Liqanı tərk etməyə digər iddialı komanda isə "Simurq"du. Bir gün öncə "Muğan"a uduzan zaqatalalılar da "Turan"dan 9 xal geri qalır və artıq növbəti turlarda ikinci uğursuzun da müəyyənləşməsi istisna deyil.
Qərb derbisində isə cari mövsüm “Turan”a qalib gələ bilməyən “Gəncə” doğma meydanda bu uğursuzluğa son qoymaq imkanı qazanmışdı. Cari mövsümdə bu komandalar arasında baş tutan 3 qarşılaşmada üstünlük “Turan”ın tərəfindəydi – 2 qələbə, 1 heç-heçə. Lakin nəhayət ki, bu dəfə “Gəncə” Mehman Allahverdiyevlə bu uğursuz seriyaya son qoymağı və “Turan”ı məğlub etməyi bacardı. Lakin bütün bunlardan daha çox diqqət mərkəzinə düşən tovuzluların türkiyəli baş məşqçisi Naci Şensoyun texniki zonadan qovulması oldu. Onun baş hakim Rəhim Həsənovun idarəçiliyindən nə dərəcədə narazı qalmasından isə yəqin ki xəbərdarsız.
Turun qapanış matçında isə çempionluq şanslarını davam etdirmək istəyən “Qarabağ” son çempion “İnter”lə qarşılaşdı. Əslində, çempionluq şansları demək olar ki, qalmayan “bankirlər”lə müqayisədə 3 xal da məhz elə ağdamlılara məxsus idi. Çünki Kaxaber Sxadadzenin komandası diqqətini daha çox ölkə kubokuna yönəltdiyi halda, “Qarabağ” üçün yeganə uğur qazanmaq şansı çempionatdadı. Üstəlik, bir gün öncə özündən öndə qərarlaşan “Neftçi” və “Xəzər Lənkəran”ın qələbə qazanması da ağdamlıların yalnız “İnter”i məğlub etməsini şərtləndirirdi. Gərgin və maraqlı qarşılaşmada qələbə qazanan tərəf məhz meydan sahibləri oldu. Düzdü, yeganə qol penaltidən vurulsa da, hər halda sərgilənən oyunla da buna layiq olduğunu isbatlayan Qurban Qurbanovun komandası çempionluq mübarizəsini saxlamış oldu.
Premyer Liqa
28-ci tur
Qəbələ - MOİK - 0:0
Vərəqə: Lyuba Baranin, 35 – sarı.
Hakimlər: Fuad Həsənov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Rüfət Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
24 aprel 2011. Qəbələ şəhər stadionu. 300 tamaşaçı.
Qəbələ: 30. Anar Nəzirov, 6. Lyuba Baranin, 9. Bruno dos Anjos (17. Arif İsayev, 51), 10. Deon Barton (22. Murad Hüseynov, 83), 14. Milan Antiç, 15. Razvan Tarlea, 16. Abdulkader Kamara, 18. Qoqa Beraya (k) (21. Alhassan Banqura, 62), 19. Branimir Subaşiç, 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 12. Pavel Dorosev, 4. Ramin Quliyev, 5. Sergey Sokolov.
Baş məşqçi: Toni Adams.
MOİK: 1. Səlahət Ağayev, 2. Emin Cəfərquliyev, 3. Rəşad Hacızadə, 6. Emin Mustafayev, 7. Nizami Hacıyev, 8. Ruhid Usubov, 13. Comərd Baxşəliyev (10. Nicat Tağıyev, 72), 14. Tural İsgəndərov (15. Səbuhi İsmayılov, 80), 17. Azər Həşimov, 23. Tural Nərimanov, 24. Ramil Əliyev (k).
Ehtiyat oyunçular: 22. Tariyel Hüseynov, 4. Vüqar Əsgərov, 5. Ramin Tanrıverdiyev.
Baş məşqçi: Ramil Əliyev.
Gəncə - Turan - 1:0 (0:0)
Qol: Sabir Allahquliyev, 62.
Vərəqələr: Samir Zərgərov, 26, Zura Dzamsaşvili, 50, Sabir Allahquliyev, 80, Edis Kurtanoviç, 84 - Elnur Abbasov, 38, Boris Kondev, 60 - sarı.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Zeynal Zeynalov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
24 aprel 2011. Gəncə şəhər stadionu. 2500 tamaşaçı.
Gəncə: 1. Edis Kurtanoviç, 2. Xəyal Mustafayev, 4. Azər Məmmədov (k), 6. Samir Zərgərov (20. Vüsal Hüseynov, 86), 8. Armand Fuetçine, 10. Ceyhun Sultanov (14. Asəf Qədiri, 72), 11. Sabir Allahquliyev, 13. Zura Dzamsaşvili, 15. Şahin Kərimov, 17. Renat Sultanov (5. Mətləb Məmmədov, 66), 23. Junivan Suares.
Ehtiyat oyunçular: 22. Ruslan Məcidov, 3. Vasif Haqverdiyev, 25. Kristaps Qrebis, 27. Ramazan Abbasov.
Baş məşqçi: Mehman Allahverdiyev.
Turan: 85. Kamal Bayramov, 2. Hüseyn İsgəndərov (11. Azər Məmmədov, 46), 3. Vurğun Hüseynov (k), 5. Muammer Erdoğdu, 6. Elnur Abbasov, 14. Viktor Qonta (9. Rəşad Piriyev, 85), 19. Rəşid Həsənov (15. Cavid Tağıyev, 54), 21. Rəşad Orucov, 25. Martin Kerçev, 26. Boris Kondev, 45. Fərmayıl Əliyev.
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 4. Ruslan Namazov, 10. Xəyal Qarayev, 22. Məhərrəm Müslümzadə.
Baş məşqçi: Naci Şensoy.
Qarabağ - İnter - 1:0 (0:0)
Qol: George Adamiya, 76-pen.
Vərəqələr: Arif Daşdəmirov, 75, Bronislav Çervenka, 88 – sarı.
Hakimlər: Ramil Diniyev, Ramiz Əsədov, Rza Məmmədov, Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asif Namazov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
24 aprel 2011. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 1500 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k) (13. Samir Abasov, 79), 7. Namiq Yusifov, 9. Elvin Məmmədov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (77. George Adamiya, 66), 20. Nderim Nedzipi (11. Rauf Əliyev, 66), 24. Admir Teli, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 18. İlqar Qurbanov, 19. Andrey Rubin.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 1. Georgi Lomaya, 4. Danildo Assioli (20. Girts Karlsons, 79), 6. Dmitri Kruqlov (88. Kaxaber Mjavanadze, 62), 8. Aleksandr Çertoqanov, 11. Asif Məmmədov, 12. Filip Despotovksi (13. Bronislav Çervenka, 46), 15. Vladimir Levin (k), 19. David Odikadze, 21. Arif Daşdəmirov, 32. Robertas Poşkus, 44. Valeri Abramidze.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 14. Petar Zlatinov, 23. Şəhriyar Rəhimov, 77. Daniel Genov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qeyd edək ki, hesabat turunun digər 3 qarşılaşması da bir gün öncə keçirilmişdi: Muğan – Simurq – 3:0, Neftçi – Bakı – 2:0, Xəzər Lənkəran – AZAL – 3:0.
|
1
|
Neftçi
|
28
|
18
|
8
|
2
|
49-12
|
62
|
|
2
|
Xəzər Lənkəran
|
28
|
15
|
9
|
4
|
33-15
|
54
|
|
3
|
Qarabağ
|
28
|
16
|
5
|
7
|
34-16
|
53
|
|
4
|
AZAL
|
28
|
12
|
9
|
7
|
31-22
|
45
|
|
5
|
İnter
|
28
|
12
|
7
|
9
|
27-23
|
43
|
|
6
|
Bakı
|
28
|
9
|
9
|
10
|
29-26
|
36
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
28
|
11
|
10
|
7
|
28-17
|
43
|
|
2
|
Muğan
|
28
|
10
|
8
|
10
|
24-28
|
38
|
|
3
|
Gəncə
|
28
|
7
|
11
|
10
|
28-31
|
32
|
|
4
|
Turan
|
28
|
6
|
6
|
16
|
21-40
|
24
|
|
5
|
Simurq
|
28
|
3
|
6
|
19
|
15-46
|
15
|
|
6
|
MOİK
|
28
|
2
|
6
|
20
|
9-52
|
12
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
13 - Georgi Adamiya (Qarabağ)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Deon Barton (Qəbələ).
