24 aprel 2011 00:27
Neftçi`nin oyunçuları azarkeşi polisin əlindən aldı (FOTO)
Premyer Liqanın 28-ci turunun “Neftçi” ilə “Bakı” arasındakı oyunundan sonra kiçik qalmaqal yaşanıb. Azerisport.az xəbər verir ki, qarşılaşma bitən kimi “ağ-qaralar”ın 10 yaşlı bir azarkeşi sevimli komandasını qələbə münasibətilə təbrik etmək üçün arenanın qaçış zolağına çıxaraq, onlara yaxınlaşmağa tələsib.
Lakin bunu görən polis ona qarşı heç də xoş olmayan rəftar edib. Asayiş keşikçisinin azarkeşə qarşı xoşagəlməz münasibətinə “Neftçi”nin futbolçuları Ruslan Abışov, Slavço Georgiyevski və Mirhüseyin Seyidov müdaxilə edib. Məhz bu oyunçuların yaxından köməyi sayəsində azyaşlı azarkeş tribunaya sakitcə qayıda bilib.
