24 aprel 2011 00:31
Azərbaycan millisi üçün iki mükafat
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyada təşkil olunmuş beynəlxalq turnirdə çıxışını başa vurub. Azerisport.az xəbər verir ki, bu gün turnirin bağlanış mərasimi keçirilib.
Komandamız turnirdə uğurlu çıxış edə bilməsə də, mükafatlandırma mərasimində fərqlənənlər arasında olub. Belə ki, tədbirdə yığmamız “Ən gənc komanda” və FAİR PLAY mükafatı ilə təltif olunub.
