24 aprel 2011 13:01
Xorvatiya çempionu da müəyyənləşdi
Xorvatiyada yeni mövsümün çempionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, Zaqreb “Dinamo”su növbəti dəfə ölkə çempionatının qızıl medallarına sahib çıxıb.
Paytaxt klubu mövsümün başa çatmasına 4 tur qalmış “Osijek” ilə ev oyununda minimal hesablı qələbə sayəsində çempionluğun taleyini erkən həll edib. Bu komandanın əsas izləyicisi “Hajduk” da səfərdə “Slaven”ə 2:1 hesabıyla qalib gəlib. Lakin izləyicisin qələbəsinə rəğmən, artıq son 4 turda aradakı fərq aradan qalxmayacaq.
Qeyd edək ki, bu, “Dinamo”nun altıncı çempionluq tituludu.
| 1 | Dinamo | 26 | 20 | 4 | 2 | 48 | - | 11 | 64 |
| 2 | Hajduk | 26 | 15 | 6 | 5 | 49 | - | 26 | 51 |
| 3 | Rnk split | 26 | 13 | 4 | 9 | 31 | - | 19 | 43 |
| 4 | Inter | 26 | 12 | 5 | 9 | 30 | - | 28 | 41 |
| 5 | Cibalia | 26 | 10 | 7 | 9 | 28 | - | 19 | 37 |
| 6 | Karlovac | 26 | 11 | 4 | 11 | 23 | - | 25 | 37 |
| 7 | Rijeka | 26 | 9 | 9 | 8 | 27 | - | 31 | 36 |
| 8 | Osijek | 26 | 8 | 10 | 8 | 26 | - | 25 | 34 |
| 9 | Slaven | 26 | 8 | 9 | 9 | 27 | - | 25 | 33 |
| 10 | Varazdin | 26 | 8 | 9 | 9 | 27 | - | 31 | 33 |
| 11 | Zadar | 26 | 9 | 4 | 13 | 26 | - | 31 | 31 |
| 12 | Sibenik | 26 | 7 | 9 | 10 | 34 | - | 34 | 30 |
| 13 | Zagreb | 26 | 8 | 6 | 12 | 24 | - | 30 | 30 |
| 14 | Lokomotiva | 26 | 7 | 7 | 12 | 20 | - | 33 | 28 |
| 15 | Istra 1961 | 26 | 7 | 3 | 16 | 20 | - | 42 | 24 |
| 16 | Dragovoljac | 26 | 4 | 8 | 14 | 20 | - | 50 | 20 |
