25 aprel 2011 14:23

Aqil Nəbiyev: Finala vəsiqəni ilk oyunda qazanmaq istəyirik

AZAL-ın kapitanı, millimizin üzvü Aqil Nəbiyev Azərbaycan kubokunun “İnter”lə oyunu ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.
 
- “İnter”lə oyuna hazırlıqlarınız necə gedir?
- Bu turnir avrokuboklara getmək üçün ən yaxın yoldu. Bizim ambisiyalarımız ciddidi. Finala adlamaq və qələbə qazanmaq istəyirik. Bunun üçün isə təbii ki, öncə “İnter”i mübarizədən kənarlaşdırmalıyıq.
 
- Siz ki bu komandaya qalib gəlməyin yolunu bilirsiz...
- Düzdü, biz onlarla bu mövsüm bir neçə dəfə qarşılaşmışıq və heç bir oyunda uduzmamışıq. Ciddi uğurdu.

- Amma indi də “bankirlər” revanş haqda düşünür. Sizcə, bu, AZAL-a əlavə çətinlik yaratmayacaq?
- Hesab edirəm ki, bu, peşəkat yanaşma olmazdı.
 
- İlk oyundan nə gözləyirsiz?
- Təbii ki, cütün taleyini elə ilk oyunda həll etməyə çalışacağıq. Səfərdə oynayacağımıza rəğmən, qələbə üçün döyüşəcəyik. Əgər birinci oyunda qələbə qazana bilsək, çətin ki, finala çıxmağımıza nəsə mane olsun.
 
- Amma Lənkərandakı kimi oynasaz, buna nail olmağınız inandırıcı deyil...
- “Xəzər Lənkəran”a böyükhesablı yenilgiyə (0:3) layiq olmadığımızı düşünürəm. Biz birinci hissədə heç də pis oyun sərgiləmədik. Rəqibimiz ilk yarıda demək olar ki, heç nə edə bilmirdi. Bu, çox şeydən xəbər verirdi.
 
- Amma fasilədən sonra hər şey dəyişdi...
- İkinci hissəyə artıq tam başqa komanda çıxmışdı. Mən AZAL-ı tanıya bilmirdim. Biz Ndukayla birgə yığmanın düşərgəsindən yorğun qayıtmışdıq. Uşaqlar da tam hazır görünmürdü. Hərdən belə də olur.
 
- Siz belə darmadağını xatırlayırsız?
- Yadıma gəlmir. Amma ümid edirəm ki, bu nəticə bizə kubok oyunu ərəfəsində mənfi təsir göstərməyəcək. İstənilən halda üçüncü yer uğrunda mübarizəmizi də davam etdiririk. Qarşıda 4 tur var. Bizi isə “Qarabağ” və “Neftçi” ilə ev oyunları gözləyir. Komandamızın potensialı məni ümidli danışmağa sövq edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.