25 aprel 2011 14:34
Xaqani Məmmədov: Əfran İsmayılov ofsaydda idi (VİDEO)
AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov Premyer Liqanın 28-ci turunun “Qarabağ” – “İnter” matçında yaranan mübahisəli vəziyyətlə bağlı fikirlərini dilə gətirib. Azerisport.az saytına açıqlamasında o, bu epizodu belə şərh edib:
“Çoxları hesab edir ki, hakim qarşılaşma 0:0 davam edərkən Əfran İsmayılovun vurduğu qolu hesaba almalı idi. Lakin mən həmin epizoda baxdım və hesab edirəm ki, oyundankənar vəziyyət var idi. Əfran ofsaydda idi. Baş hakim düzgün qərar qəbul edib”.
