25 aprel 2011 16:38

Arif Əsədov kubok iştirakçılarının şanslarını dəyərləndirdi

“Neftçi”nin baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində ölkə kubokundan, yarımfinal mərhələsindəki komandaların şansından danışıb.
 
- Qarşıdakı kubok oyunları ilə bağlı sizing fikirlərinizi öyrənmək istərdik…
- Məlumdu ki, kubok və çempionat oyunları bir-birindən çox fərqlənir. Həm motivasiya baxımından, həm də gərginliyinə görə. Buna görə də, adətən ilk oyunlarda komandalar ehtiyatlı oynamağa üstünlük verirlər.
 
- Son turda sizin 2 cavabsız qolla qalib gəldiyiniz “Bakı”nın “Xəzər Lənkəran”la oyunlarda uğur qazanmaq şansı nə dərəcədə yüksəkdi?
- Bildiyimə görə, “Bakı” artıq çempionatda medal qazanmaq şansını itirib və avrokuboklara vəsiqə qazana bilməz. Onlar üçün indi Avropaya yeganə yol ölkə kubokundan keçir. Buna görə də hesab edirəm ki, “zolaqlılar” tamamilə qələbəyə köklənəcək. Bizimlə oyunda da görünürdü ki, onlar bir növ XL-la duelə hazırlaşırlar. Amma bizimlə də oyuna yaxşı hazırlaşmışdılar. Aqressiv idilər, hətta bəzən kobud oyuna da üstünlük verirdilər.
 
- Deməli, siz Lənkəranda bu komandalar arasındakı oyunun gərgin keçəcəyini gözləyirsiz?
- Bəli. Düşünürəm ki, möhtəşəm oyun olacaq. Bizə qarşı demək olar ki, optimal heyətlə çıxmışdılar. Bu isə o deməkdi ki, XL-la oyun ərəfəsində həmin heyəti sınaqdan keçirirdilər.
 
- Bəs son tura kimi qələbə qazana bilməyən “Xəzər Lənkəran”ın şanslarını necə qiymətləndirirsiz?
- Bilirsiz, mən nəsə desəm, bu, başqa cür də yozula bilər. Amma mən bildiyim qədərilə onlar kuboku qazanmaq üçün hər şeyi edəcəklər. Bunun üçün cənubluların ilk oyuna mütləq qələbə üçün çıxacağı dəqiqdi.
 
- Bəs, “İnter” – AZAL cütü ilə bağlı nə deyə bilərsiz?
- Ümumiyyətlə, yarımfinala çıxan bütün komandalar qələbə qazanmağa layiqdilər. Fikrimcə, elə bu iki komada da eyni gücdədi. Bu cütdə şəxsən mənə hansı komandanın daha güclü olduğunu söyləmək çətindi. Bu cütdə daha çox psixoloji və taktiki hazırlıq həlledici rol oynamış olacaq.
 
- Hər iki komanda müdafiədən yaxşı oynamağı bacarır. Bəs bu, qol vurmaq üçün ciddi problem yaratmır ki?
- İstənilən halda kubok oyunlarında da komandalara ehtiyatlı olmaq lazım gəlir. Amma tutaq ki, hansısa komanda ev oyununda uduzursa, cavab görüşündə artıq hücum futbolu oynamaqdan başqa çıxış yolu qalmır. Ümumiyəttlə, ilk qolu kim vurursa, üstünlük də onda olur.

- Bu komandalar yəqin ki, qarşıdakı turlarda bütün diqqətini kuboka yönəldəcək ki, bu da daha çox “Neftçi” ilə “Qarabağ”ın işinə yarayacaq.
- Siz bunu yaxşı qeyd etdiniz. Rəqiblərimiz 2-3 gündən bir oynamaq məcburiyyətind qalacaqlar. Yəqin ki, üstünlük daha çox ehtiyat qüvvəsi daha güclü olan komandanın tərəfində olacaq. Burda həm də psixoloji və fiziki hazırlığın da rolu olacaq. Buna görə də sözügedən 4 komanda çox diqqətli olmalı və gücünü düzgün bölüşdürməlidi.
 
- Bu komandalardan hansı “Neftçi” üçün daha ağır rəqibdi?
- Prinsipcə, hamısı çətin rəqiblərdi. Məsələn, AZAL və “Bakı” ilə oyunları qeyd edərdim. “Bakı” ilə oyunumuz da asan olmadı. Xüsusilə də birinci hissədə. “İnter”lə də görüşümüz çətin keçdi. Bütün bu komandalar layiqli rəqiblərdi və hamısıyla rəqib olmaq çox çətindi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.